Məhkəmə qərarları › İş №3(051)-402/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-402/2020

31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-402/2020 31.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Mingəçevir şəhər icra və probasiya şöbəsinin İcra məmuru X1 və borclu Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Şəxs barəsində tətbiq edilmiş 50 manat məbləğdə inzibati cərimə olunması haqqında Yevlax rayon məhkəməsinin 3(039)-674/2019 №li xx.xx.2019-cu il tarixli qərarını qanunla müəyyən olunmuş müddətdə icra etməmişdir. Ona görə də Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən barəsində İXM-nin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Şəxs Yevlax rayon məhkəməsinin 3(039)-674/2019 №li, xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə inzibati cərimə edilmişdir. Lakin inzibati xətanı törətməsinə görə barəsində qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən cəriməni 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməmiş və buna görə də barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında bildirdi ki, Yevlax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 552.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə inzibati cərimə edilmişdir. Maddi imkanı olmadığına görə cəriməni ödəyə bilməmişdir. Hazırda cəriməni ödəmişdir. Məhkəmə iclasında icra məmuru X1 izahatında bildirmişdir ki, Yevlax rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğdə inzibati cərimə edilmişdir. Şəxs cəriməni ödəmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs hazırda cəriməni ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə iclasında müəyyən edildi ki, Şəxs məhkəmənin qərarı ilə müəyyən edilmiş cəriməni maddi imkanı olmadığına görə ödəyə bilməmişdir. Şəxs hazırda cəriməni ödəmiş, borcu qalmamışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar