Məhkəmə qərarları › İş №3(051)-404/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-404/2020

25.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-404/2020 25.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6” MMC-nin direktoru X3 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı tərəfindən “X6” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşı X4 tərəfindən “X6” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inizbati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X6” MMC-nin direktoru X5 MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda qeyd edilənlərin həqiqətə uyğun olmadığını bildirərək izahatında göstərdi ki, “X6” MMC 088597 saylı lisenziya əsasında fəaliyyət göstərir. MMC-də lisenziya əlavəsində qeyd edilmiş ixtisas növləri üzrə işlər görülür. Lisenziya əlavəsində qeyd edilmiş işlərdən başqa heç bir ixtisas növləri üzrə işlər görülməmiş və hazırda da görülmür. Koronavirus xəstəliyinin yayılması və həmin xəstələrin müalicəsi ilə bağlı bəzi qonşu rayonlarda digər vətəndaşlara tibbi xidmət göstərilməsi mümkün olmaması səbəbindən, insanların müayinəsi üçün lazım olan tomoqrafiya və digər tibbi cihazlar onun rəhbərlik etdiyi klinikada olduğuna görə həmin rayonlarda yaşayan səhhətində problem yaranmış insanların “X6” MMC-yə müraciətləri artdığı, klinikada iş gərginliyinin yarandığ bir vaxtda yoxlayıcılar klinikaya gəlmiş, lakin həqiqi yoxlama aparılmadan klinika barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Doğrudur, klinikanın fəaliyyətində bəzi xırda nöqsanlar var idi. Bu da həmin vaxt klinikaya müraciət etmiş insanların sayının çoxluğu, işdə yaranmış gərginlikə əlaqədardır. Lakin lisenziyanın əlavəsində qeyd edilmiş ixtisas növləri üzrə işlər görülməmişdir. Yəni klinikada protokolda qeyd edilmiş fizioterapiya, endokrinoloq, kosmetoloq, pediatr, ambulator və stasionar cərahi işlə məşğul olunmamışdır və ya həmin növ ixtisaslar üzrə hər hansı bir həkimlə əmək müqaviləsi bağlanmamışdır. Yoxlama zamanı bu hallar aşkar olunmamışdır. Hesab edir ki, “X6” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsassızdır. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza mərkəzinin əməkdaşı X2 məhkəmə iclasında iştirakı təmin olunmamışdır. İnzibati xəta haqqında protokolu və protokola əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, inziati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6” MMC barəsində tərtib edilmiş ******* № li xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, “X6” MMC-yə məxsus özəl tibb müəssisəsində lisenziyanın əlavəsində qeyd edilmiş işlərdən kənar fizioterapevtik, pediatır, kosmetoloji, endokriinoloji, ambulator və stasionar cərahi işlə məşğul olunur. Lakin inzibati xəta haqqında materiala inzibati protokolda qeyd edilmiş ixtisas növlərindən hər hansı biri üzrə iş görülməsi ilə bağlı hər hansı bir həkimlə bağlanmış əmək müqaviləsi, əmrin surəti əlavə edilməmiş və yaxud həmin ixtisaslar üzrə faktiki olaraq klinikada işləyən həkimin adı, soyadı göstərilməmişdir. Azərbaycan Respubikası X1 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. X1 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası X1 215.1-ci maddəsi ilə inzibati məsuliyyət tibb fəaliyyətilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisiələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə yaranır. Lakin məhkəmə tədqiqi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6” MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinin tərkibinin olması mötəbər sübutlarla təsdiq olunmadı. İnzibati Xətalar Məcəlləsinin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X6” MMCnin əməlində İXM-nın 215.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43, 48-51, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: “X6” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar