Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-405/2023 25.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Mingəçevir şəhər prokurorunun köməkçisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X1 xx.xx.1982-ci ildə Kəlbəcər rayon, Tövlədərə kəndində anadan olmuş, ali təhsilli, Kəlbəcər rayon 53 saylı tam orta məktəbdə müəllimə işləyən, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə inzibati icraat materiallarına baxaraq Müəyyənetdim: Mingəçevir şəhər prokuroru tərəfindən məhkəməyə göndərilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 17 mart 2023-cü il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayon 53 saylı tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar keçirilən tədbir zamanı 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Mingəçevir şəhər prokurorunun köməkçisi X4 məhkəmə iclasında bildirdi ki, Şəxs 17 mart 2023-cü il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayon 53 saylı tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar keçirilən tədbir zamanı 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüşdür. Ona görə də ünvan 1 ünvanında yaşayan Şəxs barəsində İXM-nin 157-ci maddəsi inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 17 mart 2023-cü il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayon 53 saylı tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar keçirilən tədbir zamanı 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs tədbirin keçirilməsinə maneə olmuşdur. Buna görə də o, Zərərçəkmiş şəxs tədbirə maneə olomaması üçün xəbərdarlıq edib. Heç bir nalayiq ifadə işlətməyib. Hazırda isə barışıq əldə edildiyindən icraata xitam verilməsini xahiş etmişdir. Qanuni nümayəndəsinin iştirakı ilə dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 17 mart 2023-cü il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayon 53 saylı tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar keçirilən tədbir zamanı onun oğlu Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüş, eyni zamanda onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs qanuni nümayəndəsi X3 bildirmişdir ki, 17 mart 2023-cü il tarixdə Mingəçevir şəhərində Kəlbəcər rayon 53 saylı tam orta məktəbdə Novruz bayramı ilə əlaqədar keçirilən tədbir zamanı onun oğlu Zərərçəkmiş şəxs dərəcəsi təyin olunmayan xəsarət yetirməklə döymüş, eyni zamanda onu nalayiq ifadələrlə təhqir etmişdir. Hazırda isə barışıq əldə edildiyindən icraata xitam verilməsini xahiş etmişdir. Qanuni nümayəndəsinin iştirakı ilə dindirilən şahid Ülvi Cəfərov məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X5 Rəvanı üz nahiyəsindən vuran zaman görmüşdür. Ətrafda olan şəxslər hər ikisini ayırmışdır. Bundan sonra onlar oradan çıxıb getmişlər. Qayıtdıqdan sonra isə taxta parçası ilə Namik Mammadov onları qovmuşdur. İş üzrə şahid qismində dindirilmiş X2 öz izahatında bildirmişdir ki, hadisə zamanı məktəbdə olub, lakin baş verənləri şəxsən görməyib. Həmin hadisədə sonra oğlu Ülvi Cəfərov sarsılıb, psixoloji travma alıb. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərardan görünür ki, Şəxs barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 163 № li 17 mart 2023-cü il tarixli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- sol sifətində qançır küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdir.. Zərər yetirmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan X3 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun oğludur və hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmışlar. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, X3 ilə barışmışdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 63.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2-ci maddəsinə əsasən valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. 63.3-ci maddəsinə əsasən bu Məcəllənin 63.1-ci maddəsində göstərilən şəxslərin qanuni nümayəndələri olmadıqda, inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli vəzifəli şəxs qəyyumluq və himayəçilik orqanını qanuni nümayəndə hesab edir. 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə -üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. 53.1.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərər çəkmiş şəxsə göndərilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 48–50, 53, 106, 112, 114, 117 və 128–130-cu maddələrini rəhbər tutub Qəraraaldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-405/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-405/2023
25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver