Məhkəmə qərarları › İş №3(051)-406/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-406/2023

28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-406/2023 28.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Şəfiyeva Könül Səməd qızının katibliyi Zərərçəkmiş şəxslər X1 və X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay ,orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X4 və X5 vuraraq fiziki ağrı yetirərək onları qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxslərin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bildi və ifadəsində göstərdi ki, 2002-ci il tarixdə X7 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, həmin nikahdan 3 uşaqları doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da, 2014-cü ildə məhkəmənin qərarı ilə boşanmışlar. xx.xx.2023-cü il tarixdə X6 Vüqar Rafael oğlunu hərbi xidmətə yola salmağı ilə əlaqədar olaraq Mingəçevir şəhəri Minqo parkda yığıncaq keçirmiş, həmin məclisə onun anasını, bacısını dəvət etmiş, ancaq onu yığıncağa dəvət etməmişdir. xx.xx.2023-cü il tarixdə o, qızı ilə telefon vasitəsi ilə danışan zaman qızı ona iş tapdığını və işlədiyini bildirmişdir. Bu zaman Nuranə Ədilova telefonu qızının əlindən alaraq ona nalayiq söyüşlər söymüşdür. Buna görə də əsəbləşərək onların yaşadıqları evə gedərək qapını döymüş, bu zaman qapıya keçmiş qayınanası Gülşən Ədilova çıxmış və pol ağacı ilə onu vurmaq istəyən zaman o özünü qorumaq məqsədi ilə həmin pol ağacını Gülşən Ədilovanın əlindən alarkən əli ona dəymişdir. Onu vurmaq və ya hər hansı xəsarət yetirmək niyyəti olmamışdır. Sonra isə Nuranə Ədilovanın sacından tutaraq 4-cü mərtəbədən 3-cü mərtəbəyə kimi sürümüşdür. Yalnız zərərçəkmiş şəxs Gülşən Ədilovadan etdiyi hərəkətlərə görə üzr istəyir. Əməlindən peşimandır. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X7 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, 2002-ci il tarixdə Şəxs ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, həmin nikahdan 3 uşaqları olmuşdur. Əvvəllər münasibətləri normal olsa da 2014-cü ildə məhkəmənin qərarı ilə boşanmışlar. xx.xx.2023cü il tarixdə o, oğlu X8 hərbi xidmətə yola salmağı ilə əlaqədar olaraq Mingəçevir şəhəri, Minqo parkda yığıncaq keçirmiş, həmin məclisə keçmiş əri Şəxs anasını, bacısını dəvət etmiş, ancaq keçmiş əri Şəxs içkiyə meyilli olduğuna görə yığıncağa dəvət etməmişdir. xx.xx.2023-cü il tarixdə Şəxs qızı ilə telefon vasitəsi ilə danışan zaman qızı ona iş tapdığını və işlədiyini bildirmişdir. Bu zaman Şəxs narazılıq etdiyi üçün telefonu qızının əlindən alaraq onunla mübahisə etmişdir. Bundan sonra Şəxs onların yaşadığı mənzilə gələrək onunla və anası X9 ilə mübahisə etmiş, mübahisə zamanı Şəxs sillə ilə Gülşən Ədilovanın üz nahiyyəsinə vurmuş, sonra yumruqla baş nahiyyəsinə vurmuş, bundan sonra onun sacından tutaraq 4-cü mərtəbədən 3-cü mərtəbəyə kimi sürümüş, daha sonra onun sifət nahiyyəsinə, sol qol nahiyyəsinə, baş nahiyəsinə yumruqla vuraraq Gülşən Ədilovanı və onu döymüşdür. Hansı ki, anası Gülşən Ədilova şəhid anasıdır. Şəxs onu belə nəzərə almamışdır. Bu səbəbdəndə Gülşən Ədilova və o, Mingəçevir şəhər polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində ciddi tədbir görülməsini xahiş edir. Zərərçəkmiş şəxs X9 məhkəmə iclası zamanı X7 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq edir və məhkəmədən Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbiri görülməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X4 və X5 vuraraq fiziki ağrı yetirərək onları qəsdən döydüyü üçün barəsində AR İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 213 saylı ekspert rəyindən görünür ki, X2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət – sol əlində sıyrıq, sol mil-bilək oynağında, sol dirsək nahiyyəsində, sol said nahiyyəsində və sağ sifətində qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. İşdə olan Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyinin xx.xx.2023-cü il tarixli 211 saylı ekspert rəyindən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət – sol said nahiyyəsində, sol ayağın 4-cü barmağında qançırlar, sol diz oynağında və sol təpə nahiyyəsində qançırlar küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğundur. Sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 2 ünvanında yerləşən evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı X4 və X5 vuraraq onlara qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkmiş şəxsləri vurmadığını bildirsə də, həmin hallar məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslərlə barışıq əldə etmədiyini nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətə inzibati qaydada həbs edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsə almanın əvvəli 28 aprel 2023-cü il tarixdən saat 16:40-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar