Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-407/2023 01.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1968-ci ildə Tumanyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində idarə etdiyi “Vaz-21061” markalı **-BK- *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “Vaz-21061” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmasa da etibarnaməsi var. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Xaldan şosesi istiqamətində idarə etdiyi “Vaz- 21061” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə təxminən 40-50 km. sürətlə düzünə hərəkətdə olan zaman Günəşli bağ massivi poçt küçəsinin kəsişməsində qarşısında hərəkətdə olan “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü sola dönmə işığını yandırıb, avtomobilin sürətini yavaşıdıb qarşı hərəkət zolağında hərəkətdə olan digər nəqliyyat vasitəsinə yol vermək məqsədilə dayandığını gec gördü. O, idarə etdiyi “Vaz-21061” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin tormoz əyləcindən istifadə edib saxlamağa çalışsa da havanın yağışlı, asfalt örtüyü yaş olduğundan avtomobilini saxlaya bilməyib “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən üzərinə getdi. Nəticədə idarə etdiyi “Vaz-21061” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi, sol qabaq qanadı, qabaq işıq cihazı “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə, sol arxa qanadına, işıq cihazına buferinə dəyərək toqquşdu, həmin avtomobilə ziyan dəydi. Toqquşma nəticəsində heç kim xəsarət almadı. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün “B” sürücülük vəsiqəsi və avtomobilə dair etibarnaməsi var. xx.xx.2023-cü il tarixdə saat 10:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Xaldan şosesi istiqamətində idarə etdiyi “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzünə hərəkətdə olan zaman Günəşli bağ massivi poçt küçəsinin kəsişməsində idarə etdiyi avtomobilin sola dönmə işığını yandırıb, avtomobilin sürətini yavaşıdıb qarşı hərəkət zolağında arxasından gələn “Vaz-21061” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü öz ehtiyatsızlığından avtomobilini saxlaya bilməyib idarə etdiyi “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsindən üzərinə gəldi. Nəticədə idarə etdiyi “Vaz-21705” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsinə, sol arxa qanadına, işıq cihazına buferinə “Vaz-21061” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq hissəsi, sol qabaq qanadı, qabaq işıq cihazı dəyərək toqquşdu. Toqquşma nəticəsində heç kim xəsarət almadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yol hərəkət qaydalarını pozması nəticəsində avtomobilinə ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin Şəxs şikayəti yoxdur, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2.-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi məsuliyyəti yüngülləşdirən hallardır. Məsuliyyət ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, eləcə də məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən məqsədlərə nail olması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutub Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-407/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-407/2023
01.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver