Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-408/2021 26.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru: X2 Tələbkar: X1 İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx xxxxxxxx 1988-ci il tarixdə Ermənistan Respublikası, Noyemberyan rayonunda anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Mingəçevir şəhəri, Koroğlu küçəsi ev 21, mənzil 14-də qeydiyyatda olan və Mingəçevir şəhəri, Tərəvəzçilik sovxozunda yaşayan Şəxs Azərbayjan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə ijlasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inbzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki,Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutularaq “xxxx” ASC-nə borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmuru X4 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhəri Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli icra sənədi ilə iddiaçı cavabdeh Şəxs 129CLM********** saylı kredit müqaviləsi üzrə 7234.82 manat məbləğdə əsas borc, 988.82 manat məbləğdə faiz borcu olmaqla, cəmi 8223.64 manat məbləğdə borcun, **********01944129 saylı kredit xətti müqaviləsi üzrə 1350 manat məbləğdə əsas borc, 305.32 manat faiz borcu olmaqla, cəmi 1655.32 manat məbləğdə borc tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu pulu ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcunu ödəməmişdir. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan isə borclu tələbkarla danışaraq razılağa gəlmişdir. Ona görə də protokola xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhəri Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli icra sənədi ilə iddiaçı cavabdeh Şəxs 129CLM********** saylı kredit müqaviləsi üzrə 7234.82 manat məbləğdə əsas borc, 988.82 manat məbləğdə faiz borcu olmaqla, cəmi 8223.64 manat məbləğdə borcun, **********01944129 saylı kredit xətti müqaviləsi üzrə 1350 manat məbləğdə əsas borc, 305.32 manat faiz borcu olmaqla, cəmi 1655.32 manat məbləğdə borc tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Hazırda isə tələbkarla razılağa gəlmiş və ona olan borcunu ən qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. İşdə olan Mingəçevir şəhəri Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, Mingəçevir şəhəri Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli icra sənədi ilə iddiaçı cavabdeh Şəxs 129CLM********** saylı kredit müqaviləsi üzrə 7234.82 manat məbləğdə əsas borc, 988.82 manat məbləğdə faiz borcu olmaqla, cəmi 8223.64 manat məbləğdə borcun, **********01944129 saylı kredit xətti müqaviləsi üzrə 1350 manat məbləğdə əsas borc, 305.32 manat faiz borcu olmaqla, cəmi 1655.32 manat məbləğdə borc tutularaq “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış borcunu ən qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Tələbkar da onunla razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-408/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-408/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver