Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-408/2024 09.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və müdafiəçisi Vəkil iştirakı ilə xx.xx.1962-ci il tarixdə Bərdə rayonu, Mirzəcəfərli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs direktoru olduğu Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə öz xidməti otağında 200 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə talamışdır. Bununla da Şəxs Azərbaycan Respublikası İXM–in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, Zərərçəkmiş şəxs Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhəri üzrə təhsil Sektoru tərəfindən əlavə dərs yükü verilməsi təsdiq edildikdən sonra onu aldadıb 200 manat məbləğində pul vəsaitini almışdır. Halbuki, onun dərs saatının verilməsində elə bir rolu olmamışdır. Dərs saatı X3 Təhsil İdarəsi Mingəçevir şəhəri üzrə təhsil Sektoru tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. O isə Zərərçəkmiş şəxs 200 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixdə almışdır. Bununla belə o, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla razılıq əldə edərək, barışmışdır. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 2023/2024-cü tədris ilinin əvvəlində Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbin direktoru Şəxs tərəfindən ona ilkin olaraq 14 saat dərs saatının verilməsi nəzərdə tutulsa da, sonradan Şəxs tərəfindən 200 manat müqabilində əlavə olaraq 4 dərs saatı verilərək ümumilikdə ona qeyd olunan tədris ilində 18 dərs saatı verilmişdir. Ondan sonra Şəxs dərs ssatının onun tərəfindən verilməsinə istinad edərək ondan 200 manat məbləğində pul almışdır. Sonradan ona məlum olmuşdur ki, Şəxs onu aldatmışdır. Bununla belə Şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Hazırda o, Şəxslə barışmış, ondan şikayətçi deyildir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi göstərmişdir ki, Şəxs direktoru olduğu Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləyən Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə öz xidməti otağında dələduzluq yolu ilə 200 manat məbləğində pul vəsaiti alaraq xırda talama inzibati xətasını törətmişdir. Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Prokurorluğuna məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər prokurorunun böyük köməkçisi X1 tərəfindən xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, sübutların qiymətləndirilməsi haqqından qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası CM-in 308.1, 311.1,313, 178.1-ci maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, barəsində cinayət təqibinin aparılmasına xitam verilmiş və onun əməlində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri mövcud olduğundan, onun barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılmışdır. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər prokurorluğunun xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxs Şəxs ilə barışmış, ondan şikayətçi deyildir. İş materiallarına əlavə edilmiş Şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmış, dəymiş ziyanı ödəmişdir. Zərərçəkmiş şəxsin ondan heç bir tələbi yoxdur. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla barışmış, Zərərçəkmiş şəxs isə ondan şikayətçi olmamasını bildirmişdir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar üzrə başlanmış inzibati xəta haqqında işin icraatına tərəflərin barışması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-408/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-408/2024
09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver