Məhkəmə qərarları › İş №3(051)-410/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-410/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-410/2023 17.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuşdur. Şəxs məhkəmə iclası zamanı işin Şəki Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Mingəçevir şəhər Polis Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə icasında iştirak etmir. Məhkəmə Şöbənin iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə inzibati xəta haqqında işə baxılan zaman müəyyən etdi ki, daxil olmuş material baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından görünür ki, Şəxs Ağdam şəhəri Muradbəyli sahəsində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayır. İnzibati xəta hadisəsi isə ünvan 2dir. Lakin barəsində inzibati xəta haqqında protokol tətbiq olunmuş şəxsin işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına dair vəsatəti olmadan iş materialları baxılması üçün sonuncu məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Həmin Məcəllənin 109.1.7-cü maddəsinin tələbinə görə əgər bu məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, yaxud hakimə, kollegial orqanın üzvünə, vəzifəli şəxsə etiraz etmə barədə qərardad çıxarılmışdırsa, inzibati xəta haqqında protokolun və ya digər materialların baxılması üçün aidiyyəti üzrə göndərilməsi barədə qərardad qəbul edilir. Beləliklə qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş baxılması üçün inzibati xəta haqqında işə onun törədildiyi yerdə yəni Şəki Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanları nəzərə alaraq və İnzibati Xətalar Məcəlləsinin 110, 112, 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Şəki Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar