Məhkəmə qərarları › İş №3(051)-414/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-414/2024

26.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-414/2024 26.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X7 Barəsində çıxarılmış qərardan şikayət verən X3 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X1 Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsinin müdiri X7 21 iyun 2024-cü il tarixli qərarı ilə mən Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişəm. Lakin mən həmin qərarla razı deyildir. Belə ki, Mingəçevir şəhərinin Şəhriyar küçəsində yerləşən 14 saylı evin 2 saylı mənzili ümumi birgə mülkiyyət hüququ əsasında mənim, yəni X8, X9, X11 və X12ma məxsusdur. Bu barədə həyat yoldaşım X4 adına xx.xx.2013-cü il qeydiyyat tarixli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarış verilmişdir. Həyat yoldaşıma məxsus fərdi yaşayış evinin tikintisi üçün lazım olan eskiz layihə Mingəçevir şəhərinin baş memarı E.Abdullayev ilə razılaşdırılmışdır. Həmin ərazidə həyat yoldaşım Gülər İmanova və mən heç bir özbaşına tikinti işləri aparmamış, əksinə qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri yerinə yetirmişik. Belə olan halda mənim əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də barəmdə tərtib edilmiş 21 iyun 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş edirəm. Çünki, Azərbaycan Respublikasının ŞTMnin 74.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Çünki, Azərbaycan Respublikasının ŞTM-nin 74.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin layihəsinin memarlıq- planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmdikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Qeyd olunan qanunvericiliyin tələbindən də göründüyü kimi həyat yoldaşım X10 şəhəri, Şəhriyar küçəsi, ev 14, mənzil 2 ünvanda yerləşən fərdi yaşayış evinin tikintisi üçün Mingəçevir şəhərinin baş memarına müraicət etmiş və evin eskiz layihəsi hazırlanıb verililmişdir. Belə olan halda, tikintisinə icazə tələb olunmayan fərdi yaşayış evinin inşası üçün mənim əməlində hansı inzibati xəta tərkibinin olması müəyyən edilmir. Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsinin təəbinə görə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə - fiziki şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Mingəçevir Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X13 məhkəmə iclası zamanı qərarın dəlillərini müdafiə etdi və şikayətin rədd olunmasını xahiş etdi. Barəsində qərar çıxarılmış X8 şikayətinə uyğun izahat verərək onun təmin edilməsini və qərarın ləğv olunmasını xahiş etdi. Məhkəmə, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 məxsus Mingəçevir şəhəri, Şəhriyar küçəsində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanmış və barəsində İXM-inin 395.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X8 Azərbaycan Respublikası İXM-in 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı Çıxarışdan görünür ki, ünvan 3 evin 2 saylı ünvanında yerləşən 0.0295 ha torpaq sahəsi X8, X9, X11 və X4 ümumi birgə mülkiyyəti hüququ xx.xx.2013-cü il tarixdə qeydə alınmışdır. İşdə olan fotoşəkillərdən görünür ki, ünvan 3 evin 2 saylı ünvanında yerləşən torpaq sahəsində tikinti başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 395.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun icazəsi alınmadan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində müəyyən edilmiş tikintisinə icazə tələb olunan tikinti obyektlərinin inşa edilməsinə görə- fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 əməli qanunsuz tikinti işlərinin aparılması göstərilmiş və o, İXM-in 395.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə İXM-nin 395.1-ci maddəsi ilə təqsirləndirilən X8 barəsində qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli qərarda inzibati xətanın törədilməsini təsdiq edən yetərli sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, orqan tərəfindən şəxsin barəsində protokol tərtib edilərkən AR İXM-nin 100.1.3-cü maddəsində göstərilən tələblərə yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi protokolda öz əksini tapmamışdır. Bundan əlavə tərtib edilən protokol əsasında qərar qəbul edən orqanın vəzifəli şəxsi də protokoldakı nöqsanları araşdırmadan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən bu hallara diqqət yetirməmişdir. Göründüyü kimi şəxsin barəsində qərar qəbul edilərkən İXM-nin 395.1-ci maddəsinin tələbləri düzgün araşdırılmamış, şəxs barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara İXM-nin müvafiq maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, orqan tərəfindən şəxsin barəsində protokol tərtib edilərkən AR İXM-nin 100.1.3-cü maddəsində göstərilən tələblərə yəni barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi protokolda öz əksini tapmamışdır. Bundan əlavə tərtib edilən protokol əsasında qərar qəbul edən orqanın vəzifəli şəxsi də protokoldakı nöqsanları araşdırmadan şəxs barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən bu hallara diqqət yetirməmişdir. Göründüyü kimi şəxsin barəsində qərar qəbul edilərkən İXM-nin 395.1-ci maddəsinin tələbləri düzgün araşdırılmamış, şəxs barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərara İXM-nin müvafiq maddəsinin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X8 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X3 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X6 şikayəti qismən təmin edilməli, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər İcra Hakimiyyəti vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar