Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-415/2021 20.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru X9 iştirakı ilə, “xxxx” MMC-nin Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İXM-in 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata başlamaq haqqında qərar onunla əsaslandırılmışdır ki, “xxxx” MMC-nin direktoru X14 18.12.2020-ci il tarixli, İD********** (QT 40789/20) nömrəli ərizə ilə Rusiya Federasiyasından ölkəyə idxal etdiyi, ümumi çəkisi 122000 kg (122 ton) olan soğan və eyni tarixli İD********** (QT 40486/20) nömrəli ərizə ilə Qazaxıstan Respublikasından ölkəyə idxal etdiyi, ümumi çəkisi 650000 kq (650 ton) soğan məhsuluna qida təhlükəsizliyi sertifikatlarının verilməsi üçün elektron qaydada Azərbaycan X5nə müraciət etmiş, bununla bağlı sözügedən məhsul partiyalarından 06.01.2021 -ci il tarixdə 1,416 kq və 1,5 kq nümunələr götürülmüş, qalan məhsul hüquqi şəxsin özünə saxlanca verilmiş, 11.01.2021 -ci il tarixdə nümunələr AQTİ-nin Bakı şəhərində yerləşən Milli Referens Laboratoriyasına təqdim edilmiş və 12.01.2021-ci il tarixdə sınaq aparılmış, Laboratoriyanın 12.01.2021-ci il tarixli, AZ-20111143/LAB01-21001-T001 və AZ- 20111143/LAB01-21001- T002 sınaq protokollarına və Azərbaycan X2 Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin DQ-0540-36 nömrəli rəyinə əsasən hüquqi şəxs “xxxx” MMC tərəfindən idxal edilmiş soğanda nitratların qalıq miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərdə meyvə-tərəvəz məhsullarının 1 kq-da maksimum yol verilən həddi 80 qr olduğu halda, 119,5 mq/kq və 201,5 mq/kq olduğundan məhsul istehlaka yararlı hesab edilməmiş, bu barədə 13.01.2021 -ci il tarixli, 0047 nömrəli məktubla MMC-yə rəsmi məlumat verilmiş, X10 bölməsinin əməkdaşları tərəfindən “xxxx” MMC-nin saxlanc anbarına keçirilmiş 25.01.2021 -ci il tarixli baxış nəticəsində qeyd olunan məhsulların tamamilə satıldığı müəyyən edilmişdir. Bununla da, “xxxx” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də “xxxx” MMC-nin barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara qəbul olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-nin direktoru X14 izahatında göstərdi ki, Qazaxıstan Respublikası və Rusiyya Federasiyasından idxal etdiyi məhsullarda heç bir nitrat qalığı olmamışdır. Buna sübut olaraq 23.02.2021 -ci il tarixli AZ-20111 143/LAB01-21005-T-005 nömrəli sınaq protokolu əsasında mallarda təkrar labaratoriya analizi nəticəsində nitrat qalığı normada olmuş məhsul yararlı hesab edilmişdir. Hesab edir ki, idxal zamanı malların Fitosanitar sertifikatlar və ixrac edilən ölkənin 09.12.2020-ci il tarixli 6535 nömrəli sınaq protokolu əsasında labaratoriya sənədləri gömrük müşahidə sənədləri ilə birgə malların üzərində təqdim edilmişdir. Həmin sertifikatları və sınaq protokolunda məhkəməyə təqdim edir. Rusiya Federasiyasında və Qazaxıstan Respublikasında malların idxalı zamanı malların labaratoriya analizləri dövlət sərhədlərində təşkil olunur. X2 əsasnaməsinin 3.0.8. maddəsində gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirmək vəzifələri göstərilmişdir. Lakin Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrində X5 tərəfindən malların labaratoriya analizləri təşkil edilmir, əksinə sahibkarlara idxal olunan malların bütün gömrük, vergi və rüsumları ödətdirilir, tez xarab olan kənd təsərrüfatı məhsulları bir xeyli müddətdə məsul saxlanca götürülür. Saxlanc zamanı tez xarab olunan kənd təsərrüfatı mallarının keyfiyyətinin azalması və çəkisinin itirilməsi halları baş verir. Bundan sonra labaratoriya analizlərinin cavabları gəlir ki, məhsullarında nitratın qalıq miqdarı qüvvədə olan texniki normativ aktlarda müəyyən edilən həddən xeyli yüksəkdir və istehlak üçün yararsızdır. Necə olur ki, sahibkara həm vergi ödətdirirlər həm də mallarını yarasız çıxardırlar. Bu qayda ilə X5 tərəfindən labaratoriyanın təşkil edilməsi sahibkarların hüquqlarının açıq aşkar pozulması deməkdir. Əgər X2 əsasnaməsinin 3.0.8-ci maddəsinə əsaslanıb Rusiya Federasiyası və Qazaxıstan Respublikası kimi malların labaratoriya analizləri dövlət sərhədinin buraxılış məntəqələrində aparılsaydı, onda belə bir mənasız öhdəliklər yaranmazdı. Belə ki, Azərbaycan Respublikasınının Dövlət sərhədinin buraxılış məntəqələrində X5 tərəfindən malların nitrat qalığının araşdırlması üçün labaratoıiya analizləri aparılarsa, o da mallarının yarasız olduğunu qabaqcadan bilərdi və həmin yararsız malları göndərən ölkəyə geri qaytarardı. Elə olsaydı o da yararsız mallara görə gömrük və vergi rüsumları ödəyib ziyana düşməzdi. X5 tərəfindən yararsız saydığı soğan məhsuluna görə onun tərəfindən 70000 manatdan çox gömrük ƏDV rüsumu ödənilib. Bu şəkildə sahibkarı ziyana salınması başa düşülən hal deyil və heç bır qanuna sığmır. Qazaxıstan Respublikasının 09.12.2020ci il tarixli 6535 nömrəli labaratoriya sınaq protokolu əsasında nitrat qalığı normada olub. Bundan başqa Bərdə regional bölməsinin əməkdaşları tərəfindən prosedur pozuntsuna yol verilmişdir. Belə ki, o, malların nümunələrini labaratoriya analizləri üçün 05.01.2021-ci il tarixində Bərdə regional bölməsinə təqdim etmiş, lakin altı gündən sonra 11.01.2021 -ci il tarixində nümunələr labaratoriyaya təqdim olunmuş və 12.01.2021-ci il tarixində AZ- 201111.43/LABO 1-21001-T-001 və AZ-20111143/LABÖ1-21Ü02-T-002 sınaq protokolları ilə labaratoriya analiz cavabları təyin olunmuşdur. Lakin həmin sınaq protokolları vaxtında ona təqdim edilməmişdir. Protokola uyğun olaraq sınaq protokolu sahibkara təqdim edildikdən sonra 7 iş günü müddətində sahibkarın sınağın nəticəsindən etirazlarını, şikayətlərini vermək hüququ göstərilmişdir. Lakin X2 Bərdə regional bölməsi tərəfindən sınaq protokolları bilərəkdən vaxtında ona təqdim edilməmiş, bu səbəbdən də o, etiraz və şikayət vermək hüququndan məhrum olmuşdur. 29.01.2021-ci il tarixində AQTA-nın Bərdə regional bölməsinə gedərək sınaq protokollarını tələb etmiş və həmin günü X3 Bərdə Regional bölməsinə bu barədə narazılığını bildirərək yazılı şikayətini təqdim etmişdir. Tez xarab olan kənd təsərrüfatı mallarının labaratoriya analizi cavabının bir aya gəlməsi, aşkar ədalətsizlikdir. Labaratoriya cavabı maksimum 2-3 günə gəlməlidir. O, X6 tərəfindən satılmış malları geri çağırma etmiş və şikayətini nəzərə alaraq yenidən labaratoriya analizi aparılmışdır. 23.02.2021-ci il tarixli AZ-20111143/LAB01-21005-T-005 nömrəli sınaq protokolu əsasında mallarda nitrat qalığı normada olmuş və qida üçün yararlı hesab edilmişdir. Bu mallara görə sahibkar olaraq dövlətə vergi ödəmiş, işçilərin əmək haqqılarını, onların DSMF-vergilərini ödəmişdir. AQTA tərəfindən nitrat qalığı göstərməklə malları aparıb yandırmaq niyyəti ilə məhv etmək, sahibkarlara bu şəkildə ziyan vurmaq heç bir qanuna sığmır. Ona aydın olmayan hallar odur ki, nə üçün yararlı olan məhsulu birinci dəfə labaratoriyada yarasız çıxarıblar. Əgər mallarda nitrat qalığı artıq olsaydı malların təkrar labarator analizini edərkən, 23.02.2021-ci il tarixli AZ-20111143/LAB01- 21005-T-005 nömrəli sınaq protokolunda yenidən yararsız çıxardı. Lakin 23.02.2021-ci il tarixli AZ 201 11143/LAB01-21005-T-005 nömrəli sınaq protokolunda mallarda nitrat qalığı normal olmuş və məhsullar yararlı hesab edilmişdir. Buna baxmayaraq məhsullara sertifikat verilməli olduğu halda AQTA tərəfindən sertifikat verilməmişdir. AQTA-nın məsuliyyətsiz hərəkətlərini görüb, kənd təsərüffatı mallarının tez xarab olmasını, sahibkarlıq fəaliyyətinə külli miqdarda ziyan dəyməsini nəzərə alaraq malları satışa buraxmışdır. Əgər onun idxal etdiyi mallarda nitrat qalığı normada olursa, nə üçün sahibkarlıq fəaliyyətinə ziyan vurmalıdılar. Malları satışa buraxdığı üçün AQTA-nm Bərdə Regional bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə İnzibati təbeh vermə haqqında MN № ******* və MN № ******* nömrəli X7 xəta haqqında MN № ******* və MN № ******* protokol tərtib edərək 3000 manat cərimə yazılmışdır. Həmin cərimələr tərəfindən ödənilmişdir. Qeyd etdiklərini nəzərə alaraq Azərbaycan Respublikası Baş prokurorluğunun 08.04.2021-ci il tarixli (inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqında) Qərarına xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqda məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikasının 54.6-cı madəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan idxal olunan yeyinti məhsullarına qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəzliyi sertifikatının verilməsi haqqında İD1120020 nömrəli elektron ərizənin surətindən görünür ki, “xxxx” MMC səlahiyyətli nümayəndəsi X1 Respublikasından idxal etdiyi 650.000 kq baş soğan məhsuluna sertifikatının verilməsi ilə bağlı 18.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir. İşdə olan idxal olunan yeyinti məhsullarına qablaşdırma materiallarına və qida ilə təmasda olan məhsullara qida təhlükəzliyi sertifikatının verilməsi haqqında İD1120021 nömrəli ərizənin surətindən görünür ki,“xxxx” MMC səlahiyyətli nümayəndəsi X4 Federasiyasından idxal etdiyi 122.000 kq baş soğan məhsuluna sertifikatının verilməsi ilə bağlı 18.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin 08.04.2021-ci il tarixli inzibati xəta haqqında qərarından görünür ki, “xxxx” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir İnzibati xəta haqqında materiala əlavə olunmuş səndələrdən görünür ki, “xxxx” MMC-nin direktoru X14 18.12.2020-ci il tarixli, İD********** (QT 40789/20) nömrəli ərizə ilə Rusiya Federasiyasından ölkəyə idxal etdiyi, ümumi çəkisi 122000 kg (122 ton) olan soğan və eyni tarixli İD********** (QT 40486/20) nömrəli ərizə ilə Qazaxıstan Respublikasından ölkəyə idxal etdiyi, ümumi çəkisi 650000 kq (650 ton) soğan məhsuluna qida təhlükəsizliyi sertifikatlarının verilməsi üçün elektron qaydada Azərbaycan X5nə müraciət etmiş, bununla bağlı sözügedən məhsul partiyalarından 06.01.2021 -ci il tarixdə 1,416 kq və 1,5 kq nümunələr götürülmüş, qalan məhsul hüquqi şəxsin özünə saxlanca verilmiş, 11.01.2021 -ci il tarixdə nümunələr AQTİ-nin Bakı şəhərində yerləşən Milli Referens Laboratoriyasına təqdim edilmiş və 12.01.2021-ci il tarixdə sınaq aparılmış, Laboratoriyanın 12.01.2021 -ci il tarixli, AZ-20111143/LAB01-21001-T001 və AZ- 20111143/LAB01-21001- T002 sınaq protokollarına və Azərbaycan X2 Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin DQ-0540-36 nömrəli rəyinə əsasən hüquqi şəxs “xxxx” MMC tərəfindən idxal edilmiş soğanda nitratların qalıq miqdarı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.04.2010-cu il tarixli, 25 nömrəli əmri ilə təsdiq edilmiş “Qida məhsullarının təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblər”ə dair sanitariya-epidemioloji qaydalar və normativlərdə meyvə-tərəvəz məhsullarının 1 kq-da maksimum yol verilən həddi 80 qr olduğu halda, 119,5 mq/kq və 201,5 mq/kq olduğundan məhsul istehlaka yararlı hesab edilməmiş, bu barədə 13.01.2021 -ci il tarixli, 0047 nömrəli məktubla MMC-yə rəsmi məlumat verilmiş, X10 bölməsinin əməkdaşları tərəfindən “xxxx” MMC-nin saxlanc anbarına keçirilmiş 25.01.2021 -ci il tarixli baxış nəticəsində qeyd olunan məhsulların tamamilə satışı həyata keçirilmişdir. iş materiallarında olan Azərbaycan Respublikası X2 02 fevral 2021-ci il tarixli 3/10- 466 saylı məktubundan görünür ki, xxxx” MMC tərəfindən 18.12.2020-ci il tarixli, İD********** nömrəli müraciəti ilə Rusiya Federasiyasından, eyni tarixli İD********** nömrəli müraciəti ilə Qazaxıstan Respublikasından ölkəyə idxal olunmuş soğan məhsulunun sertifikatlaşdırılmadan satılmasına hüquqi qiymət verilməsi və qanunvericiliyə uyğun tədbir görülməsi üçün toplanmış materiallar Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. İş materiallarında olan 01 fevral 2021-ci il tarixli MN ******* və 05.02.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan görünür ki, X14 hər iki protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ayrı-ayrılıqda 1500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan olan mədaxil qəbzlərində X14 tərəfindən ayrı-ayrılıqda ödənilmiş 1500 manat məbləğində pulun ödəniş təyinatında sənədin nömrələrinin İC********** və İC********** olduğu görünür. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, xxxx” MMC-nin Qazaxıstan Respublikası və Rusiya Federasiyasından idxal etdiyi yeyinti məhsullarını sertifikatlaşdırılmadan satmaqla Azərbaycan Respublikasının Nazirlər Kabineti 16 iyul 2018-ci il tarixli 302 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən qida təhlükəsizliyi sertifikatının forması və verilmə Qaydaları"nın 2.21.3-cü yarımbəndin tələblərini pozması və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi, həmçinin onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs xxxx” MMC-nin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətalara görə inzibati məsuliyyətə cəlb edilir. 18.5-ci maddədə qeyd olunur ki, Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 18.3-cü maddədə isə göstərilir ki, hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Bununla yanaşı, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-in direktoru X9 məhkəmə iclasızamanı izahatında və təqdim etdiyi yazılı etirazında Rusiya Federasiyası və Qazaxıstan Respublikasının aidiyyəti orqanları tərəfindən verilmiş fitosanitar sertifikatlarına istinad etməsini əsaslı deyildir. Belə ki, həmin sertifikatlarda yuxarıda qeyd edilən bitkilər, bitki mənşəli məhsullar və ya karantin nəzarətində olan digər materiallar müvafiq qaydalara uyğun müayinə və ya təhlil edilməsi və idxalçı ölkə tərəfindən sadalanmış karantin tətbiq edilən zərərli orqanizmlərdən azad hesab olunması, həmçinin bunlar nizamlanan karantin tətbiq edilməyən zərərli orqanizmlərə də şamil edilməklə, idxalçı ölkənin mövcud fitosanitar tələblərinə də cavab verdiyi göstərilmişdir. Göründüyü kimi həmin sertifikatlar ixrac edilən məhsulda zərərli orqanizmlərin olmadığını təsdiq edir. Azərbaycan Respublikasında karantin tətbiq edilən zərərli orqanizmlərin siyahısı Nazirlər Kabinetinin 29 dekabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında aşkar edilməyən, məhdud dairədə yayılmış və ölkə üçün potensial təhlükə törədə bilən karantin tətbiq edilən zərərli orqanizmlərin Siyahısı"nda öz əksini tapmışdır. Məhkəmə qeyd edir ki, zərərli canlı orqanizmləri müəyyən edən həmin siyahının yeyinti məhsullarının tərkibinin keyfiyyət göstəricilərinin, onların insan üçün təhlükəsizliyinə və qida dəyərliliyinə gigiyenik tələblərin müəyyən edilməsinə aidiyyəti yoxdur. Belə ki, kimyəvi birləşmə olan nitratın tərəvəz məhsullarında müəyyən edilmiş həddən çox olması torpağın azot maddəsi ilə həddən artıq gübrələnməsi ilə əlaqədardır. Məhkəmə, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-in direktoru X9 şikayət etdikdən sonra geri qaytardığı, “xxxx” MMC-ə məxsus anbarda olan, 9 ton baş soğandan götürülən analiz nümunələrinin eyni laboratoriyada keçirilmiş sınaq nəticələrində nitrat qalığının norma daxilində olduğuna baxmayaraq, səlahiyyətli şəxslərin ona münasibətdə qərəzli davrandığını, idxal etdiyi məhsulun yararlı olmasına baxmayaraq, qəsdən yararsız kimi sənədləşdirilməsi ilə bağlı istinad etdiyi dəlilləri də əsaslı saymır. Belə ki, həmin 9 ton baş soğanın sınaq nəticəsində nitrat qalığı müəyyən edilmiş həddən çox olan soğan məhsulu ilə eyni məhsuldan olması ilə bağlı heç bir sübut təqdim olunmamışdır. Əksinə işin müəyyən olunmuş həqiqi hallarına görə X2 Bərdə Regional bölməsinin əməkdaşları tərəfindən 25.01.2021 -ci il tarixdə “xxxx” MMCnin saxlanc anbarına keçirilmiş baxış nəticəsində qeyd olunan məhsulların tamamilə satıldığı müəyyən edilmişdir. Ona görə də nümunələrin məhz həmin idxal olunmuş məhsullardan götürülməsi inandırıcı deyildir. Məhkəmə X9 izahatında AQTA-nın məsuliyyətsiz hərəkətlərinə görə kənd təsərrüfatı mallarının tez xarab olmasını, sahibkarlıq fəaliyyətinə külli miqdarda ziyan dəyməsini nəzərə alaraq malları satışa buraxdığını bildirməklə öz hüquqa zidd hərəkətlərinə haqq qazandırması ilə əlaqədar qeyd edir ki, o, dövlət orqanının vəzifəli şəxslərinin qanunvericiliyə zidd hesab etdiyi hərəkətlərindən (hərəkətsizliklərindən) inzibati qaydada yuxarı səlahiyyətli orqana və ya Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq aidiyyəti üzrə İnzibati Məhkəməyə müraciət edə bilərdi. Bundan başqa vəzifəli şəxsin hərəkətləri nəticəsində vurulan ziyanın əvəzini qanunvericiliyə uyğun olaraq tələb edilə bilərdi. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.10-cu maddəsində qeyd olunur ki, dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. Məhkəmə qeyd edir ki, X14 hazırkı vaxta qədər AQTA-nın əməkdaşlarının (vəzifəli şəxslərinin) hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət etməsi ilə bağlı sənəd təqdim etməmişdir. Belə olan halda hüquqi şəxsin rəhbərinin sahibkarlıq fəaliyyətinin subyekti kimi öz hüquqlarının pozulmasına istinad edərək, sertifikatlaşdırılmamış malları satması, istehlakçıların hüquqlarını pozulmasına səbəb olmuşdur. Bu hal isə hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün əsasdır. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-in direktoru X14 formal mülahizələrlə rəhbəri olduğu hüquqi şəxsin inzibati xəta törətmədiyini bildirməklə, inzibati məsuliyyətdən azad edilməsinə çalışmışdır. Halbuki, onun istinad etdiyi bütün dəlillər məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla təkzib edilmişdir. Ona görə də məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “xxxx” MMC-in direktoru X9 məhkəmə iclası zamanı izahatında və təqdim etdiyi yazılı etirazında bildirdiklərinə tənqidi yanaşır və sübut növü kimi qəbul etmir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, “xxxx” MMC-nin ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş hüquqi şəxsin təqsirinin dərəcəsini, habelə onun ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq, “xxxx” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin aşağı həddə tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: “xxxx” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 4000 (dörd min) manat miqdarında inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-415/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-415/2021
20.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver