Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-415/2022 04.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayev Aynurə Nizami qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, İcra sənədi üzrə tələbkar: Verdiyev Vəkil Yusif oğlunun, İcra sənədi üzrə borclu: Şəxs, Müdafiəçi: Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X1 iştirakı ilə xx.xx.1976-cı ildə Yevlax rayonu, Bucaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Yevlax rayonu Tanrıqullar kəndində qeydiyyatda olan və faktiki olaraq ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Borclu Şəxs, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra sənədlərinin tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən yayınmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə Şəxs xx.xx.2006-cı il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq Verdiyev Vəkil Yusif oğluna verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu borcundan ödəməmişdir. Şəxs hazırda 2080 manat aliment borcu yaranmışdır və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Tələbkar Verdiyev Vəkil Yusif oğlu məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə Şəxs xx.xx.2006-cı il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2021ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Lakin Şəxs aliment ödənişlərinə əməl etməmiş və onun hazırda 2080 manat borcu yaranmışdır. Məhkəmədən borclu barəsində tənbeh tədbirinin görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə ondan xx.xx.2006-cı il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2021-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. O həmin məhkəmə prosesində iştirak etməmişdir. Bildirir ki, o işləmir və heç bir gəlir yeri yoxdur. Maddi imkanı olmadığından alimenti ödəyə bilməmişdir. Hazırda uşaqlarının onun yanında saxlanması ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədən onun barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin seçilməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs vəkili X3 verdiyi izahatında göstərdi ki, borclu maddi imkanı olmadığından aliment borcunu ödəyə bilməmişdir. Məhkəmədən borclu barəsində həbslə əlaqədar olmayan tənbeh tədbirinin seçilməsini xahiş edir. İşdə olan Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Yevlax rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra vərəqəsi ilə Şəxs xx.xx.2006-cı il təvəllüdlü Verdiyev Yusif Vəkil oğlunun və xx.xx.2010-cu il təvəllüdlü Verdiyev Tahir Vəkil oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 25 may 2021ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 160 manat sabit pul məbləğində aliment tutularaq Verdiyev Vəkil Yusif oğluna verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli bildirişdən, xx.xx.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, icra orqanının nümayəndəsinin, tələbkarın, borclunun və müdafiəçinin izahatları, eləcə də icra materialları ilə müəyyən edilir ki, Şəxs Yevlax rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh verilməlidir. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş Şəxs təqsirinin dərəcəsini, tələbkarın şikayətçi olmasını və şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-415/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-415/2022
04.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver