Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-416/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Mingəçevir şəhər Prokurorluğunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 və zərərçəkmiş şəxs Şəxs iştirakı ilə, 12.01.1984-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, sahibkar, ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə Mingəçevir şəhər Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 23.02.2021-ci il tarixdə saat 12:00 radələrində “MTTK-5” ATSC-nin yaxınlığındaki ərazidə X1 işlətdiyi “Niko 045” adlı avtomobil təmiri sexində əmək funksiyasını yerinə yetirərkən dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ əlin 5-ci barmağının uc hissələrində yara xəsarətləri alması faktı ilə bağlı Mingəçevir şəhər prokuroru tərəindən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və qərar tərtib edilərək məhkəməyə verilmişdir. Barəsində inzibatu xəta haqqında iş üzrə icraat aparılan X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “MTTK-5” ATSC-nin yaxınlığındaki ərazini icarəyə götürməklə “Niko 045” adlı avtomobil təmiri sex açmışdır. Özünün vaxtı olmadığına, eləcə də nəqliyyat işini yaxşı bilmdiyinə görə sexdə işin aparılmasını qohumu Fazilə tapşırmışdı. Acaq bununla bağlı müqavilə, əmr və ya hər hansı bir sənəd yoxdur. Şəxs xəsarət almasından xəbəri olmamışdır. Şəxs xəsarət alması barədə məlumatı yeznəsi Fazildən 28.02.2021-ci ildə almışdır. Fərdi mühafizə vasitələri işçilərin özü tərəfindən alınır. Texniki təhlükəsizlik qaydaları haqqında işçilərə məlumatı şifahi formada Fazil vermişdir. Lakin bununla bağlı heç bir kitab tərtib edilməmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “MTTK-5” ATSC-nin yaxınlığındaki ərazidə X1 işlətdiyi “Niko 045” adlı avtomobil təmiri sexində Fazil adlı şəxsin yaında dəmirçi- boyaçı işləyir. 23.02.2021-ci il tarixdə saat 12:00 radələrində sexdə avtomobil təmiri ilə məşğul olduğu zaman fərdi mühafizə vasitəsi kimi əlində əlcək olmasına baxmayaraq sağ əlin 5-ci barmağının uc hissələrində yara xəsarətləri almışdır. İşlədiyi sexdə fərdi mühafizə vasitələri onlar özü tərəfindən alınır. Ona texniki təhlükəsizlik qaydaları barədə məlumat verməmişdir. Heç bir şikayət və tələbi yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, K.Bayramovun əməlində Azərbaycan Respublikası İXM-nin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X1 məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xəta törətməsindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. X1 törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-416/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-416/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver