Məhkəmə qərarları › İş №3(051)-416/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-416/2024

09.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-416/2024 09.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi X1 İmişli rayon Yol Patrul Xidmətinin TP ******* №li, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: İmişli rayon Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli TP ******* №li inzibati xəta haqqında qərarı ilə X2 Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 600 (altıyüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş X2 DƏMX-nin Mingəçevir Regional Ərazi Şöbəsinin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, X3 xx.xx.2024cü il tarixdə İXM-nın 327.1 və 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X2 Azərbaycan Respublikası İXM-nin 327.1 VƏ 353.2-cİ maddəsinə əsasən 600 manat məbləğində cərimə edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 İXM-nın 353-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 600 manat cərimə edilmişdir. Eyni zamanda həmin qərarda iki gün müddətində barəsində qərar qəbul edilmiş şəxsə verilməsi və həmin qərardan rəsmi qaydada verildiyi vaxtdan 20 gün müddətinə inzibati xəta haqqında qərardan yuxarı səlahiyyətli orqana və ya məhkəməyə şikayət verilməsi qeyd edilmişdir. Lakin barəsində qərar qəbul edilmiş şəxs nəzərdə tutulmuş müddət ərzində qeyd olunan qərardan şikayət verməmişdir. Belə ki, İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, qeyd olunan qərar xx.xx.2024-cü il tarixdə çıxarılmış, barəsində qərar çıxarılmış şəxs isə həmin qərardan xx.xx.2024-cü il tarixdə şikayət ərizəsi ilə Mingəçevir şəhər Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi İmişli rayonunda baş vermişdir. Hazırki işə sözügedən İmişli rayon Məhkəməsində baxılmalı və ya şəxsin vəsatətinə əsasən Mingəçevir şəhər Məhkəməsində baxılmalıdır. Belə olan halda isə şikayət ərizəsinin məhkəmə tərəfindən icraata götürülməsi və baxılması mümkün deyildir. AR İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X4 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, İmişli rayon Yol Patrul Xidmətinin xx.xx.2024-cü il tarixli TP ******* №li inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: İmişli rayon Yol Patrul Xidmətinin vəzifəli şəxsinin X1 İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə xx.xx.2024-cü il tarixli TP ******* №li qərarı ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın . HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar