Məhkəmə qərarları › İş №3(051)-417/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-417/2020

07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-417/2020 07.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1993–cü il tarixdə Yevlax rayonu, Tanrıqulular kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, Yevlax rayonu, Tanrıqulular kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–nin 227–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Şəxs xx xxx 2020–ci il tarixdə saat 02 radələrində Mingəçevir şəhəri, Sağ sahildə yerləşən X2 məxsus bağ evindən ümumi dəyəri 90 manat olan 1 ədəd idman ayaqqabısı və bir ədəd cins şalvar oğurlamış və barəsində xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək izahatında göstərdi ki, həqiqətən xx xxx 2020–ci il tarixdə saat 02 radələrində Mingəçevir şəhəri, Sağ sahildə yerləşən X2 məxsus bağ evindən ümumi dəyəri 90 manat olan 1 ədəd idman ayaqqabısı və bir ədəd cins şalvar oğurlamışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə edərək, barışmışdır. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəxs 11 may 2020–ci il tarixdə saat 02 radələrində Mingəçevir şəhəri Sağ sahildə yerləşən X2 bağ evindən ümumi dəyəri 90 manat olan 1 ədəd idman ayaqqabısı və bir ədəd cins şalvar oğurlamışdır. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı tamamiləödəmişdir. Hazırda onun Şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işi başlanmasının rədd edilməsi və ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta xx xxx 2020-ci il tarixdə törədilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında təhqiqatçının qərarı isə xx xxx 2020-ci il tarixdə qəbul edilmişdir. Lakin Şəxs barədə toplanmış material üzrə inzibati xəta haqqında protokol xx.xx.2020-ci il tarixdə tərtib edilərək məhkəməyə verilmişdir. Göründüyü kimi inzibati xət haqqında protokol qanunda müəyyən edilmiş 3 aylıq müddət keçdikdən sonra tərtib edilərək Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Belə olan halda şəxs inzibati məsuliyyətə cəlb edilə bilməz və onun barəsində başlanmış inzibati xətta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-cı maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə başlanmış icraata xitam verilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına müddətin keçməsi ilə bağlı xitam verilsin. Qərardan, 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar