Məhkəmə qərarları › İş №3(051)-417/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-417/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-417/2021 12.07.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs və vəkili Vəkil1 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs oğlu barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 31.03.2021-ci il təvəllüdlü Sənan adlı uşağın saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin 29.10.2019-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 31.03.2021-ci il təvəllüdlü Sənan adlı uşağın saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 2160 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tələbkarın borcundan 700 manat ödəniş etmişdir. Hazırda onun 1460 manat borcu qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 29.10.2019-cu il tarixli icra sənədi ilə ondan 31 mart 2011-ci il təvəllüdlü Sənan adlı uşağın saxlanması üçün hər ay hər 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkara verilməsi qət edilmişdir. İşlədiyi zaman alimenti vaxtı-vaxtında ödəyirdi. Qətnamənin icrasından boyun qaçırmır. Tələbkarla aralarında olan nikah pozulduqdan sonra övladını onun razılığı olmadan xaricə aparmış, həmin vaxtdan o, uşağını görə bilmir. Uşaqla görüşlə bağlı qətnamə qəbul edilmiş, lakin tələbkar tərəf bu qətnaməni icra etməmişdir. Hazırda aliment borcundan 700 manat ödəmiş qalan borcla bağlıo, hər ay ödəmək şərti ilə tələbkarla razılığa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili Vəkil1 da məhkəmə iclasında Şəxs barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi və vəkili Vəkil2 izahatında göstərdi ki, borclu təyin edilmiş aliment borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs oğlu borcundan 700 manat ödəmiş və onun 1460 manat borcu qalmışdır. Hazırda borclu ona olan borcunu hər ay ödəməyə söz vermiş, o da borclu ilə həmin şərt daxilində razılığa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs oğlunun icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin 29.10.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs oğlu xx.xx.1987-ci il təvəllüdlü Sənan adlı uşağın saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış 2160 manat aliment borcundan 700 manatını ödəmiş, qalıq borcunu isə ödəməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs oğlunun əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs oğlunun əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs oğlunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar