Məhkəmə qərarları › İş №3(051)-417/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-417/2025

25.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-417/2025 25.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Hüseynli Tural Mirbahəddin oğlunun, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Mİngəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1981-ci ildə Ağcəbədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, hazırda Mingəçevir şəhəri H.Əliyev küçəsi 4, mənzil 10-da yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş 11 iyun 2025-ci il tarixli MN №1749283 saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(051)-2425/2018 saylı icra sənədi üzrə borclu Şəxs tərəfindən icra edilməmişdir. Borclu tələbi könüllü olaraq icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Borclunun hal-hazırda icra sənədi üzrə 9480 manat aliment borcu vardır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs qətnamənin icrası tələb olunmuşdur. Borclu Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayındığı üçün borclu barəsində bir neçə dəfə axtarış elan olunmuş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, hazırda onun icra sənədi üzrə 9480 manat borcu yaranmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(051)-2425/2018 saylı icra sənədinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ondan hər ay 120 manat sabit pul məbləğində aliment tutulub X2na verilməsi qət edilmişdir. O, aliment borcundan ödəniş etməmiş və hazırda onun tələbkara icra sənədi üzrə 9480 manat aliment borcunun olduğunu qəbul edir. Hazırda işləmir, maddi imkanı yoxdur ki, aliment borcunu tam şəkildə ödəsin. X2 məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, borclu tərəfindən icra sənədi üzrə yaranmış 9480 manat aliment borcunun ödənilməsini tələb edir. Əks halda borclu Şəxs ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş sübutlar: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən tərtib olunmuş 11 iyun 2025-ci il tarixli MN №1749283 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(051)- 2425/2018 saylı icra sənədi üzrə icra vərəqəsi üzrə 9480 manat pul borcu yaranmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2(051)-2425/2018 saylı icra vərəqəsindən görünür ki, Şəxs hər ay uşaq üçün 120 manat olmaqla sabit pul məbləğində aliment tutularaq iddiaçı X6 verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-2425/2015 nömrəli icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli,xx.xx.2023-cü il tarixli və xx.xx.2025-ci i tarixli borclunun axtarışı haqqında qərarlardan görünür ki, borclu Şəxs barəsində müxtəlif vaxtlarda axtarış elan edimişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-550/2023 saylı qərarın surətidən görünür ki, borclu İbrahimov X9 Şəhər Məhkəməsinin 2(051)- 2425/2018- saylı xx.xx.2018-cü il tarixli icra sənədi üzrə aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, aliment borcunu ödəmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməklə təqsirli bilinib 15(on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, tələb alimentlə bağlı olduğundan uşağın mənafeyini, həmçinin pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə, Şəxs əməlində yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxsə törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh verilməsi ilə inzibati tənbehin məqsədlərinə nail oluna bilər. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 25 iyun 2025-ci il tarixdən saat 13:10-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbs edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar