Məhkəmə qərarları › İş №3(051)-418/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-418/2023

08.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-418/2023 08.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1987–ci il tarixdə Yevlax rayonu, Malbinəsi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Yevlax rayonu, Malbinəsi kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində Mingəçevir şəhəri 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına gələrək, heç bir əsaslı səbəb olmadan, orada ucadan səs küy salaraq, idarənin rəhbərinə və işçilərə münasibətdə daxili intizam qaydalarına zidd olan etinasız hərəkətlər edərək ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün qismən etirafı və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək göstərdi ki, o, fevral ayının 24-də 08 saylı Regional Ekologiya və Təbii sərvətlər idarəsinə getmə səbəbi, ekologiyanın işçisi Fuad Əliyevin onun barəsində yalan danışması olmuşdur. Belə ki, Yevlax rayon Malbinəsi və Qoyunbinəsi kəndində ağaclar kəsilib, idarənin işçiləri gəlib kənddə bildiriblər ki, onlara bu barədə məlumatı Şəxs vermişdir. Bu yalan məlumata görə kənd camaatı ilə aralarında xırda mübahisə olmuşdur. Ona görə də o, həmin halı aydınlaşdırmaq üçün idarəyə rəisin yanına getmiş, lakin rəis Tofiq Əsgərovu yerində tapmamışdır. İki dəfə idarəyə getsə də, rəisi tapmamış, işçilərin zəngindən sonra rəis gələrək, otağında onunla çox kobud vəzifə-səlahiyyətlərini aşaraq ona «İt çıx otağımı tərk et» ifadələrini işlətmişdir». O, isə heç kimi söyməmiş, lakin onunla bu cür rəftar edildiyi üçün səs-küy salmışdır. Odur ki, ifadəsində qeyd edilənləri nəzərə alaraq ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin rəisi X3 göstərmişdir ki, Şəxs Vahid oğlu idarəyə daxil olaraq, heç bir əsaslı səbəb göstərmədən ucadan idarənin rəhbərinin və işçilərinin ünvanına nalayiq və kobud ifadələr işlədərək iş rejimini pozmuşdur. Belə ki, o, ekologiyanın işçisi Fuad Əliyevin onun barəsində nə isə söz deməsini bəhanə gətirərək, orada ucadan səs-küy salmış, işçilərin daxili intizam qaydalarına uyğun olan tələblərinə əhəmiyyət verməmişdir. O, Şəxs Vahid oğluna onu narahat edən məsələnin araşdırılmasının mümkün olmadığı, yəni ekologiyanın işçisi Fuad Əliyevin onun barəsində hansı sözü deməsi ilə bağlı onların əlində heç bir sənəd olmadığı barədə ona izah olunsa da, o, yenə də öz hərəkətlərini davam etdirmişdir. Ona görə də onun barəsində akt tərtib edilərək Mingəçevir ŞPŞ-yə göndərilmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində özünü jurnalist kimi təqdim edən Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs Vahid oğlu idarəyə daxil olaraq, heç bir əsaslı səbəb göstərmədən ucadan idarənin rəhbərinin və işçilərinin ünvanına nalayiq və kobud ifadələr işlədərək iş rejimini pozmuşdur. Dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, kobud hərəkətlərini davam etdirərək ünvanlı və ünvansız söyüşlər söyərək idarəni tərk etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 da şahid X4 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN 155288 saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri 08 saylı Ekologiya binasında nalayiq söyüşlər söyərək, ictimai qaydanı pozmuşdur. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində özünü jurnalist kimi təqdim edən Yevlax rayonu Malbinəsi kənd sakini Şəxs Vahid oğlu idarəyə daxil olaraq, heç bir əsaslı səbəb göstərmədən ucadan nalayiq və kobud ifadələr işlədərək iş rejimini pozmuş, dəfələrlə nizam-intizama dəvət edilməsinə baxmayaraq, kobud hərəkətlərini davam etdirərək ünvanlı və ünvansız söyüşlər söyərək idarəni tərk etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:45 radələrində Mingəçevir şəhəri 08 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati binasına gələrək, heç bir əsaslı səbəb olmadan, orada ucadan səs küy salaraq, idarənin rəhbərinə və işçilərə münasibətdə daxili intizam qaydalarına zidd olan etinasız hərəkətlər edərək ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların olmamasını, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın İcrası Yevlax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar