Məhkəmə qərarları › İş №3(051)-419/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-419/2021

18.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-419/2021 18.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, X2 Mingəçevir şəhər X4 Xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsinin 20 iyul 2020-ci il tarixli TP ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 manat miqdarda inzibati cərimə edilmişdir. R.Davranov həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X8 oğlu məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o 10.05.1987-ci ildə anadan olmuşdur. Uzun müddətdir şəhərlər arası yükdaşıma fəaliyyəti ilə məşğuldur. Ölkədə baş verən pandemiya ilə əlaqədar karantin rejiminin tətbiq olunduğu bir vaxtda şəhərlərə giriş-çıxış qqadağası olmasına baxmayaraq yükdaşıma fəaliyyətinə hər zaman qanun daxilində icazə verilmişdir. Bu öz əksini Nazirlər Kabinetinin müvafiq qərarlarında tapmışdır. 20 iyul 2020ci il tarixdə TP ******* nömrəli Mingəçevir şəhəri Yol Patrul Xidməti inspektoru Polis X1 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən, yəni epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə 200 manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərardadn bir neçə gün əvvəl xəbəri olmuşdur. Belə ki, yol patrul əməkdaşları tərəfindən saxlanıldığı zaman cəriməm olunmağımdan xəbəri olmuşdur. 20 iyul 2020-ci il tarixdə tərtib edilmiş protokolun və onun əsasında tərtib edilmiş protokolun və onun əsasında tərtib edilmiş qərarın surəti ona verilməyib. Mingəçevir şəhəri Yol Patrul Xidməti inspektoru Polis X1 tərəfindən tərtib edilmiş 20 iyul 2020-ci il tarixdə TP ******* nömrətli qərar tam əsassız və qanunsuzdur. Belə ki, o dəfələrlə şəhərlər arası yükdaşıma fəaliyyətinə icazə verilməsini bildirmiş və bununla əlaqədar sənədlərini-yol vərəqəsini göstərsə də heç bir nəticəsi olmamışdır. Belə ki, qanunvericilikdə də göstərildiyi kimi o protokolla razılaşmadığı halda inspektor protokol tərtib etməli və protokolu araşdırıb qiymət verilməsi üçün yuxarı inspektora yəni rəis heyətinə göndərməlidir. Bu hadisə əgər yuxarı rəis heyətinə göndərilsəydi sözügedən qərar çıxarılmazdı. Çünki istənilən savadlı ispektor yük daşıma fəaliyyətinə icazə verildiyini bilir. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargah 04 iyun 2020-ci il tarixli qərarında və analoji qərarlarda yük daşımaların fəaliyyəti qadağan olunmaması göstərilmişdir. Tabeçiliyində olduğu qurumun yük daşımaqla bağlı lisenziyası-icazəsi vardır. Həmin lisenziya əsasında ona yük daşımaqla bağlı yol vəəqəsi verilmişdir. O, hesab edir ki, ona qarşı ədalətsizliyə yol verilmişdir. Mingəçevir şəhər polis şöbəsinin Dövlət yol polissi bölməsinin YPC inspektoru, polis X1 qanunun tələblərini kobut surətdə pozmuşdur. Ədalət mühakiməsinin ədalətli qərar çıxarılmasına inanır. Mingəçevir şəhər X5 yəni, X3 barəsində 20 iyul 2020-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında qərarına xitam edilməsi və Mingəçevir şəhər polis şöbəsinin Dövlət yol polisi bölməsinin YPX inspektoru, polis X1 barəsində təqdimat və ya xüsusi qərardad çıxarılması barədə qərar çıxarılmasını xahiş edir. Şikayət vermiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və şikayətini əsaslandırdığı hallara dair heç bir sübut təqdim etməmişdir. Məhkəmə təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materialları, şikayət vermiş şəxsin izahatı və iş materiallarından görünür ki, 20 iyul 2020-ci il tarixli inzibati xəta haqqında qərar tam əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, Ruslan Davranov həqiqətən də yoxlanılarkən icazəsi olmaması müəyyən olunduğu üçün barəsində inzibati protokol tərtib edilmişdir. R.Davranov protokolla razı olmadığı üçün müvafiq qərarın çıxarılması məqsədi ilə Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir. 20 iyul 2020-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsi tərəfindən Ruslan Davranovun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati qərar çıxarılaraq 200 manat cərimə olunmuşdur. İş materiallarından və R.Davranovun məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o Mingəçevir şəhər Sahil parkında tibbi maskasız hərəkət edərkən karantin rejimi qaydalarını pozmuşdur. Lakin nə qanunvericilikdə nə də Nazirlər Kabinetinin müvafiq qərarında bu cür üstünlük verəcək və ya icazə növü mövcud deyil. Bu səbəbdən də potokol və qərar tam əsaslıdır. R.Davranov onun tərəfindən heç bir hüquqpozmanın olmamasını bildirsə də bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün halları müqayisəli şəkildə təhlil edib əsaslanaraq hesab edirəm ki, R.Davranovun şikayəti tam əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim: X2 Mingəçevir şəhər X4 Xəta haqqında 20 iyul 2020-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar