Məhkəmə qərarları › İş №3(051)-42/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-42/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-42/2025 30.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 X1 nümayəndəsi Nümayəndə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Qax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə verilmişdir ona görə ki, o, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-2540/2022 saylı icra vərəqəsi üzrə cəmi 25422 manat məbləğində borcun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-2540/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh "xxxx" MMC-dən 25851 manat və 171 manat dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat cavabdeh "xxxx" MMC-dən tutulub X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı X1 nümayəndəsi Nümayəndə göstərdi ki, borclu məhkəmə qətnaməsini icra etmir. Təmsil etdiyi şəxs borcun ödənilməsini tələb edir. Odur ki, izahatında göstərilənləri nəzərə alaraq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, bu işdə həm qanuni nümayəndə, həm də təsisçidir. Hazırda şirkət öz fəaliyyətini 2050-ci ilə qədər dayandırmışdır. Onun qanuni nümayəndə olduğu şirkətin adında baнk və kredit təşkilatında heç bir pul vəsaiti və gəlir gətirən əmlakı yoxdur. Şirkətin adında daşынar və daşınmaz əmlak yoxdur. Sifariş əsasında ev tikməyi üzərlərinə götürmüşlər, lakin onun tərəfində 3 mərhələli ödəniş tam şəkildə vaxtında ödənilmədiyi üçцn sifarişi yerinə yetirə bilməmişdir. İcra sənədində göstərilən borc "xxxx" MMC-yə aid olsa da, o, bоръун тутuлмасыnın ямяк щаггына йюнялdilməsinə razıdır. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə icra orqanının nümayəndəsinin, tələbkarın, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını, həmçinin icra işinin materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-2540/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dən 25851 manat və 171 manat dövlət rüsumu tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və xx.xx.2023cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, qərarda borclu kimi "xxxx" MMC göstərilmiş, bildiriş də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmışdır. İşdə olan izahatlardan görünür ki, icra orqanı Şəxs icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati xəta haqqında protokol qanunun tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, işdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(008)-2540/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh "xxxx" MMC-dir. Şəxs hüquqi şəxsin təsisçisidir. Hazırki inzibati xəta haqqında iş üzrə borclu hüquqi şəxs "xxxx" MMC olduğu halda, protokol Şəxs barəsində tərtib edilmişdir. Bu da onu deməyə əsas verir ki, törədilmiş inzibati xətanın Şəxs aidiyyəti yoxdur. Belə olan halda məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olması, ümumiyyətlə onun inzibati xətanın törədilməsinə aidiyyəti olması mötəbər sübutlara əsasən müəyyən edilməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokola işdə olan materiallar əsasında baxaraq, tərtib edilmiş protokolun qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına şəxsin inzibati xətanın törədilməsinə aidiyyəti olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar