Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-423/2020 22.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2 iştirakı ilə, Bakı Şəhəri DYPİ tərəfindən Mingəçevir şəhər məhkəməsinə göndərilmiş X3 barədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, Müəyyən etdim: Bakı Şəhəri DYPİ tərəfindən Mingəçevir şəhər məhkəməsinə göndərilmiş X3 barədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.3.-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi inzibati xəta haqqında protokolda göstərilməlidir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş X1 protokolda qeyd eidlmiş ünvanına poçt vasitəsi ilə göndərilmiş məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeyd edilməklə geri qaytarılmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin ünvanı, yaşayış yeri barədə hər hansı bir sənəd isə materiala əlavə olunmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi məhkəməyə dəvət edib isə baxmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: X3 barədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, Bakı Şəhəri DYPİ-nə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-423/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-423/2020
22.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver