Məhkəmə qərarları › İş №3(051)-423/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-423/2021

08.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-423/2021 08.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, X1 BDYPİ-nin inzibati xəta haqqında EQ ******* №li 18.01.2021-ci il tarixli qərarından şikayətinə baxaraq Müəyyən e t d i m: X2 barəsində BDYPİ-nin inzibati xəta haqqında EQ ******* №li 18.01.2021-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 şikayətini əsaslı hesab edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, BDYPİ-nin 18.01.2021-ci il tarixli qərarına əsasən İXM-nin müvafiq maddəsi ilə təqsirli bilinib 50 manat məbləğində cərimə edilmişdir. Onun törədilmiş həmin inzibati xətaya aidiyyəti yoxdur. Belə ki, sahibi olduğu həmin avtomobili X3 təxminən 20.01.2020-ci il tarixdə nisyə satmışdır. Ödənişlə bağlı problem olduğuna görə ona verdiyi etibarnaməni geri götürmüş və avtomobili geri qaytarmasını tələb etmişdir. Lakin o, həmin avtomobildən qanunsuz olaraq istifadə etməyə davam etmişdir. Bununla əlaqədar ona qarşı Mingəçevir şəhər məhkəməsində iddia qaldırmışdır. Bundan sonra 09.02.2021-ci il tarixdə avtomobili geri qaytarmışdır. 31.03.2021-ci il tarixdə sürücülük vəsiqəsinin vaxtı bitmişdir. Onu dəyişdirmək üçün “Asan” xidmət mərkəzinə müraciət etmiş və orada cərimə olduğunu bildirmişlər. BDYPİ-nin inzibati xəta haqqında EQ ******* №li 18.01.2021-ci il tarixli qərarın surətini o, 09.04.2021-ci il tarixdə almışdır. Hesab edir ki, BDYPİ-nin inzibati xəta haqqında EQ ******* №li 18.01.2021-ci il tarixli qərarı ilə onun cərimə olunması barədə qərarı əsassızdır və ləğv olunmalıdır. İş materiallarını araşdırıb hesab ediləm ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş DİN Baş Dövlət Yol Polis idarəsinin rəis müavini E.Kazımovun 18.01.2021-ci il tarixli E ******* №li inzibati xəta haqqından qərarından görünür ki, X2 “Mercedes Benz” E 200 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla İXM-nin 469.3-cü maddəsi ilə xəta törətmiş və 50 manat cərimə olmuşdur. İşə əlavə olunmuş X5 xidmət mərkəzi notariat ofisinin 722 №li 29.04.2021-ci il tarixli arayışında göstərilir ki, X1 müraciət əsasında onun özünə məxsus “Mercedes Benz” E 200 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə istifadə hüququna dair 27.01.2020ci il tarixdə təsdiq edilmiş 7E-943 №li etibarnamənin ləğv edilməsi barədə 17.09.2020-ci il tarixdə müvafiq qeyd aparılmışdır. Göründüyü kimi X2 özünəməxsus “Mercedes Benz” E 200 minik markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomaşına istifadə hüququna dair 27.01.2020-ci il tarixdə verdiyi etibarnamə 17.09.2020-ci ildə ləğv edilmişdir. Həmin avtomaşınla İXM-nin 469-3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta isə 18.01.2021-ci ildə, yəni etibarnamə ləğv edildikdən 4 ay sonra törədilmişdir. Qeyd edilənləeə əsasən hesab edirəm ki, inzibati məsuliyyətə cəlb olunmuş X1 barəsində olan 18.01.2021-ci il tarixli qərarın ləğv edilməsi üçün qanuni əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 şikayəti təmin olunmasın. X1 barəsində BDYPİ-nin inzibati xəta haqqında EQ ******* №li 18.01.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar