Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-423/2023 19.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Qazax ayonu, Çaylı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, "xxxx" MMC-də təchizat agenti işləyən, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin 2(051)-956/2020 №li xx.xx.2020-ci il tarixli, 2(051)-1359/14 №-li icra sənədləri, “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 8151 №-li və 8150 №-li icra qeydlərini icra etmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-956/2020 №li xx.xx.2020-ci il tarixli, 2(051)-1359/14 №-li icra sənədləri, “Asan Xidmət” mərkəzində notariat ofisinin xx.xx.2022-ci il tarixli 8151 №-li və 8150 №-li icra qeydlərini icra etmədiyinə görə Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Şəxs borcundan hazırda 300 manat ödəmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Belə ki, bir müddət azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğuna görə cəzaçəkmə müəssisəsində olmuşdur. Cəzasını çəkib qurtardıqdan sonra əvvəl iş yeri tapmamış, işsiz qalmış, hər hansı bir gəlir, qazanc yeri də olmamışdır. Mülkiyyətində də elə bir əmlak yoxdur ki, satıb borcunu ödəsin. Maddi imkanı olmadığına görə borclarını ödəmək, icra sənədini icra etmək imkanı da olmamışdır. Lakin hazırda işləyir və borcundan 300 manat ödəmişdir. Borcunun qalan hissəsini də ödəyəcəkdir. İcra sənədinin onun əmək haqqısına yönəldilməsinə də etiraz etmir. O, üzrsüz səbəbdən deyil, qeyd etdiyi səbəblərə, maddi imkanı olmamasına görə icra sənədini icra edə bilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxslərə məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmişlər. Məhkəmə hesab edir ki, işə onların iştirakı olmadan baxılması mümkündür. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-423/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-423/2023
19.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver