Məhkəmə qərarları › İş №3(051)-423/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-423/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-423/2025 19.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X9 iştirakları ilə, xx.xx.1984-cü il tarixində Xankəndi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2140 manat pulun X6 ödənilməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə əsasən Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 (bir yüz altmış) manat məbləğində pul və ödənilmiş 39 (otuz doqquz) alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Lakin borclu tərəfindən qeyd olunan icra vərəqəsi icra edilməmiş, ödənişlər təmin edilməmiş və icra vərəqəsi üzrə cəmi 2140 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun qeyd olunan icra vərəqəsi üzrə cəmi 2140 manat məbləğində borcu vardır. Həmçinin Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də, hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2009cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 (bir yüz altmış) manat məbləğində pul və ödənilmiş 39 (otuz doqquz) alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. Lakin borclu hal-hazırda rəsmi olaraq işləmir. Uşaqlardan biri onun himayəsindədir. Sadəcə fərdi əməklə məşğul olur. Belə ki, təmir-tikinti işləriylə məşğul olur. Ortalama bir ayda 300 manat qazanır. Maddi vəziyyəti ona bu qədər borcu ödəməyə imkan vermir. Eyni zamanda himayəsində 14 yaşına çatmamış oğlu var. Odur ki, barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi X14 verdiyi izahatında göstərdi ki, Elşadın da himayəsində bir uşaq vardır. Tələbkar da bir ana kimi digər övladı üçün heç bir yardım göstərmir. Odur ki, borclunun barəsində həbslə əlaqədar olmayan qərar qəbul edilməsini xahiş edir. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, acınacaqlı vəziyyətdə yaşayır. Çörək pulu tapa bilmir, qonşudan çörək üçün pul alır. İş tapmaq üçün müvafiq orqana dəfələrlə müraciət etməsinə baxmayaraq, ona iş verilməmişdir. Belə ki, o borcunu tam şəkildə tələb edir. Əks halda borclunun cəzalandırılmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X10 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Quliyev X8 şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borcu yaranmışdır. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2009-cu il tarixdə doğulmuş X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 160 (bir yüz altmış) manat məbləğində pul və ödənilmiş 39 (otuz doqquz) alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 08 may 2023-cü il tarixli 2(051)-1103/2023 saylı iş üzrə qəbul etdiyi qətnaməyə əsasən iddia tələbi qismən təmin edilərək tərəflər arasında bağlanmış nikah qeydi pozulmuş və nikah pozulduqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X13 adlı uşaq atası Şəxs yanında, xx.xx.2009-cu il təvəllüdlü X18 adlı uşaq isə anası X5 yanında qalmışdır. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbin dərhal icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. Mingəçevir şəhər Məhkəməsinin 2(051)-575/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında tərkib olmaması səbəbindən xitam verilmişdir. Azemis elektron informasiya sisteminə edilmiş sorğuya əsasən müəyyən edilir ki, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(051)-879/2023 saylı qərar ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilmişdir. Azemis elektron informasiya sisteminə edilmiş sorğuya əsasən müəyyən edilir ki, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(051)-241/2025 saylı qərar ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Azemis elektron informasiya sisteminə edilmiş sorğuya əsasən müəyyən edilir ki, həmin qərardan şikayət verilməmiş və qərar qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1103/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2140 manat pulun alınıb X2na qızına ödənilməsi üçün icrasından qəsdən boyun qaçırmış, İnzibati Xətalar Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, icra vərəqəsi, bildiriş, ərizə, özünün məhkəməyə verdiyi izahatı ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar olmadığından, eyni zamanda himayəsində himayəsində on dörd yaşınadək uşağı olmasını, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1ci maddəsi ilə təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə edilsin. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar