Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-426/2020 10.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Salehli (Fərzəliyeva) Lalə Etibar qızının iştirakı ilə, xx.xx.1986-cı ildə Ağcabədi rayonu Hacılar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 mənzil 31 ünvanda qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 08:00 radələrində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs keçmiş arvadı Salehli (Fərzəliyeva) Lalə Etibar qızını yaşadığı Mingəçevir şəhər A.S.Puşkin küçəsi 20 №li evin 31 №li mənzilində aralarında yaranmış mübahisə zəminində döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Lalə ilə 2011-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahından 3 azyaşlı uşaqları olmuşdur. Ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Sonra münasibətləri pozulmuş və ayrılmışlar. xx.xx.2020-ci il tarixdə təxminən səhər radələrində keçmiş arvadı Laləni yanına gedərək onunla barışmaq istədiyini bildirmişdir. Lalə isə ona rədd cavabı vermişdir. Bundan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Laləni əli vuraraq döymüşdür. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs Salehli (Fərzəliyeva) Lalə Etibar qızı məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs onun keçmiş əri olubdur. xx.xx.2020 ci il tarixdə səhər radələrində Rəhman onun yaşadığı evə gələrək, ondan aliment bocundan imtina etməyi və ölkədən çıxmağına məhdudiyətin götürülməsi barədə icra və probasiya şöbəsinə ərizə yazmağı tələb etdi. Şəxs tələbi ilə razılaşmadığı üçün aralarında mübahisə yarandı. Mübahisə zamanı Rəhman onu boğazından tutub boğdu, sonra əli ilə onu vuraraq döydü. Rəhman dəfələrlə onunla əsassız mühahisə edərək onu döymüşdür. O, uşaqlarına görə dözərək heç bir yerə müraciət etməmişdir. Hazırki hadisədən də təxminən bir ay əvvəl də eyni qaydada Şəxs onunla mübahisə etmiş və onu döymüşdür. Məhkəmənin qərarı ilə Şəxs 300 manat cərimə olunmuşdur. Buna görə Şəxs qanuni cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 564 №li rəyində göstərilir ki, Salehli (Fərzəliyeva) Lalə Etibar qızının məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-bununda və sağ budunda qançırlar küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişdir, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs məsuliyyətini yüngünləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törətməsi məsuliyyətini ağırlaşdıran haldır. Şəxs də eyni xətanı il ərzində təkrar törətməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən məqsədlərə nail olması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-426/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-426/2020
10.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver