Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-427/2021 26.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2021-ci il tarixli protokolda göstərilir ki, Şəxs icarəyə götürdüyü “3D” çay evində qəlyan təşkil etdiyi üçün barəsində İXM-nin 211.1-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 54-cü maddəsi istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda Şəxs icarəyə götürüb işlətdiyi “3D” çay evində qəlyan təşkil etməsi qeyd edilsə də Şəxs həmin çay evini icarəyə götürməsini təstiq edən sənəd protokola əlavə olunmamışdır. Eləcə də material natamam olduğuna görə inzibati xəta törədənin fiziki şəxs və ya vəzifəli şəxs olmasını müəyyən etmək mümkün olmadı. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutub Q ə r a r a a l d ım: Şəxs barəsində tərtib edilmiş MN № ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında protokol Mingəçevir şəhər Polis şöbəsin geri qaytarılsın. Məhkəməsinin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-427/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-427/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver