Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-428/2020 18.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, İcra və Probasiya şöbəsinin icra məmuru X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1984-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ünvan 1 mənzil 39 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-7251/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədi üzrə yaranmış 804 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-7251/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən ondan bir uşağın saxlanılması üçün hər ay 160 manat aliment alınıb tələbkar Lətifova Könül Muğbir qızına verilməlidir. Karantinlə bağlı işləmədiyinə və maddi imkanı olmadığına görə 804 manat aliment borcu yaranmışdı. Həmin borcu bir dəfədə ödəməyə maddi imkanı yoxdur. Ancaq həmin borcdan hazırda 450 manat ödəmişdir, qalan hissəsini ödəyəcəkdir. O, icra sənədini icra etməkdən, icra məmurunun tələblərini yerinə yetirməkdən, uşağını saxlamaqdan boyun qaçırmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)-7251/2019 №li xx.xx.2019-cu il icra sənədinə əsasən Şəxs bir uşağın saxlanılması üçün hər ay 160 manat aliment alınıb tələbkar Lətifova Könül Muğbir qızına verilməlidir. Lakin Şəxs alimenti tam ödəmədiyi üçün onun 804 manat aliment borcu yaranmışdır. Hazırda Şəxs aliment borcundan 450 manat ödəmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 804 manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs 804 (səkkiz yüz dörd) manat aliment borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-428/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-428/2020
18.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver