Məhkəmə qərarları › İş №3(051)-428/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-428/2021

17.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-428/2021 17.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 iştirakı ilə, X1 Mingəçevir şəhər X2 xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Mingəçevir şəhər Polis Şöbəsinin 03 aprel 2021-ci il tarixli MN ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. E.Abışov həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, o 19.03.1982-ci ildə anadan olmuşdur. Özü İİ qrup əlil və şəkərli diabed xəstəsidir. Sözügedən xəstəliklə yanaşı xəstəliklərin olması hamıya məlumdur. Həmçinin onda asma bronxial xəstəliyinin də əlamətləri vardır. Hər zaman olmasa da ara bir onda xəstəliklərlə əlaqədar nəfəs darlığı olur. 03 aprel 2021-ci il tarixdə şəhərin Sahil parkında gəzdiyi zaman saxlanılmışdır. Saxlanıldığı vaxt nə ilə əlaədar saxlanılmasını soruşduqda ona maskanın niyə çənəsində olması soruşuldu. O həmin vaxt maskanı onlarla danışdığı və danışanda maskanın ağzında olduqda nəfəs darlığı yaratdığı üçün aşağı olmasını bildirmişdir. Göstərilə hadisə məcbuiyyət qarşısında olsa da ona cərimə yazılmışdır. İnzibati qərarın 03 aprel 2021-ci il tarixdə yazılması göstərilsə də qərar hadisədən iki gün sonra yazılmışdır. Qərar yazılarkən onun izahatı alınmamış yalnız qol çəkdikdən sonra sənədlərinin qaytarılacağını bildirmişlər. Qərarı tərtib edən şəxsi görməmiş və həmin şəxs də onu görməmişdir. Onun dediyinə görə protokol heç tərtib edilməyib. Çünki ona sözügedən protokolun surəti verilməmiş və ona hüquqları izah olunmamışdır. Bundan əlavə iş materiallarına əlavə etdiyi qərarın surətindən görünür ki,ona qərarın surəti poçt vasitəsi ilə göndərilib. Halbuki hamıya məlum olduğu kimi protokol və qərar hazır və nömrələnmiş olur. Onların lazımi qaydada təsdiq edilmiş rəngli blankda olan surətləri ona verilməlidir. Lakin bunlara əməl edilməmişdir. Mingəçevir şəhər X2 Xətalar haqqında 03 aprel 2021-ci il tarixli MN ******* saylı qərarı tam əsassız və qanunsuzdur. Mingəçevir şəhər Polis Şöbəsinin onun barəsində 03 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarına xitam edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materialları, şikayət vermiş şəxsin izahatı və iş materiallarından görünür ki, 03 aprel 2021-ci il tarixli inzibati xəta haqqında qərar tam əsaslıdır. Belə ki, tərəflərin izahatlarından və iş materialları ilə müəyyən olunmuşdur ki, Ehtibar Abışov həqiqətən də yoxlanılarkən tibbi maskası olmaması müəyyən olunduğu üçün barəsində inzibati protokol tərtib edilmişdir. E.Abışov protokolla razı olmadığı üçün müvafiq qərarın çıxarılması məqsədi ilə Mingəçevir şəhər Polis şöbəsinə göndərilmişdir. 03 aprel 2021-ci il tarixdə Mingəçevir şəhər polis şöbəsi tərəfindən Ehtibar Abışovun barəsində İXM-nin 211.2-ci maddəsi ilə inzibati qərar çıxarılaraq 100 manat cərimə olunmuşdur. İş materiallarından və E.Abışovun məhkəmə iclasında verdiyi izahatından da görünür ki, o Mingəçevir şəhər Sahil parkında tibbi maskasız hərəkət edərkən karantin rejimi qaydalarını pozmuşdur. Lakin nə qanunvericilikdə nə də Nazirlər Kabinetinin müvafiq qərarında bu cür üstünlük verəcək və ya icazə növü mövcud deyil. Bu səbəbdən də potokol və qərar tam əsaslıdır. E.Abışov onun tərəfindən heç bir hüquqpozmanın olmamasını bildirsə də bu barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Bütün halları müqayisəli şəkildə təhlil edib əsaslanaraq hesab edirəm ki, E.Abışovun şikayəti tam əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim: X1 Mingəçevir şəhər X2 xəta haqqında 03 aprel 2021-ci il tarixli qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar