Məhkəmə qərarları › İş №3(051)-429/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-429/2021

23.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-429/2021 23.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xəqani oğlunun iştirakı ilə, xx xxxxx 1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs Xəqani oğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 511.1-ci maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Mingəçevir şəhər Polis şöbəsi tərəfindən tərtib edilmiş İXP ******* saylı 22.04.2021-ci il tarixli protokoldan görünür ki, Şəxs Xəqani oğlu 22 aprel 2021-ci il tarixdə, saat 18:15 radələrində idarə etdiyi tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına səbəb olan dəyişikliklər edilmiş “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Mingəçevir şəhəri İslamzadə küçəsində “Kür” otelin qarşısında yüksək surətlə bir neçə dəfə manevr edərək ictimai qaydanı nümayişkəranə şəkildə pozaraq avtomaşının əyləcindən istifadə etməklə davamlı olaraq sağ-sol etməklə avtoxuliqanlıq hərəkətləri edərək ictimai qaydanı kobud surətdə pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikası İXMnin 342.2.3 və 511.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs Xəqani oğlu məhkəmə iclasında özünü təqsirli bilərək verdiyi izahatında bildirdi ki, “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsusdur və avtomaşın yaxşı manevr etsin deyə bir neçə dəyişiklik etmişdir. 22 aprel 2021-ci il tarixdə, saat 18:15 radələrində idarə etdiyi “VAZ 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Mingəçevir şəhəri İslamzadə küçəsində “Kür” otelin qarşısında yüksək surətlə bir neçə dəfə manevr etmiş və ictimai qaydanı pozaraq avtomaşının əyləcindən istifadə etməklə davamlı olaraq sağ-sol etməklə avtoxuliqanlıq hərəkətləri edərək etmişdir. Əməlindən peşimandır. Bir daha bu cür hərəkətlərə yol verməyəcək. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, F.Mehrəlitevin əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların tərkibi vardır və həmin maddələri ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. F.Mehrəlitevin əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. İnzibati məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs Xəqani oğlunun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal, məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, ona nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara a l d ı m: Şəxs Xəqani oğlu Azərbaycan Respublikası İXM-nin 342.2.3 və 511.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə vəya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar