Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-429/2023 17.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, 09 avqust 2004-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Şəxs 15 mart 2020-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu B.Əliyev küçəsi ev 71, mənzil 20-də yaşayan X1 məxsus 430 manat dəyərində «Poko M4 Pro 5G» markalı mobil telefonu dələduzluq yolu ilə talamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, 12 mart 2023-cü il tarixdə Bapkı şəhərindən gələn tanışı Muradla saat 21.30 radələrində Mingəçevir şəhərində «Enerji» kafesində yiyib içmsişlər. Hesab 55 manat etmişdir, lakin onların o qədər pulu çatmadığı üçün kafeyə 16 manat vermiş və Muraldın telefonunu kafenin müdrinə girov qoymuşlar. Ertəsi gün o həmin kafeyə gedərək telefonu bir nekçə dəqiqəlik danışmaq üçün almış və Kolxoz bazarına gedərək telefon tanımadığı bir şəxsə 100 manata satmışdır. Telefonu satdıqdan sonra kafeyə gələrək qalan borclarını 35 manat kafeyə ödəmiş, artıq qalan pulu isə öz ehştiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır. Odur ki, əməlindən peşman olmasını, cavanlığını nəzərə alınmasını məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, ona həbs növündə inzibati tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Zərərçəkmiş şəxsə dəymiş ziyanı Şəxs ödəmək iqtidarında olmadığı üçün zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48- 51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 25 (iyirmi beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 17 may 2023-cüu il tarixdən, saat 16:00-dan hesablansın. Zərərçəkmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada şikayət vermək hüququq izah olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-429/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-429/2023
17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver