Məhkəmə qərarları › İş №3(051)-429/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-429/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-429/2025 30.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs–Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Mİngəçevir şəhəri X4 küçəsi ev 6, mənzil 45 ünvanında qeydiyyatda olmaqla yaşayan (FİN: xxxxxxx) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* №li inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 300 manat olan iki baş dişi keçini dələduzluq yolu ilə ələ keçirmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində toplanmış materiallar baxılmaq üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Protokol tərtib etmiş Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 tərtib etdiyi protokola uyğun izahat verərək məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaların törədilməsində özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs məxsus dəyəri 300 manat olan iki baş dişi keçini dələduzluq yolu ilə ələ keçirmişdir. Etdiyi əməldən peşmandır. Buna görə, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı ödəməyə hazırdır. Lakin hal-hazıra kimi zərərçəkmiş şəxsə vurulmuş ziyanı, onun istəyinə uyğun - 300 manat pul və ya natura şəklində ödəmək üçün müraciət etməsinə baxmayaraq sonuncu onun təklifini qəbul etməkdən imtina etmişdir. Yalnız məhkəmə iclası təxirə salındıqdan sonra vurulmuş ziyan qismində 300 manat pulu zərərçəkmiş şəxsə ödəməyə qohumları vasitəsi ilə imkan tapmışdır. Həmin ödəniş qəbzini məhkəməyə təqdim edir. Lakin zərərçəkmiş şəxs onunla görüşmək və danışmaq istəmədiyinə görə sonuncu ilə barışıq əldə edə bilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar: İş materiallarında olan 17 may 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, faktda xırda talamanın, yəni Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta əməlinin tərkibi olduğundan təqsirkar şəxsin müəyyən edilib barəsində inzibati təsir tədbirinin görülməsindən ötrü qəbul olunmuş qərarın surəti aidiyyatı üzrə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş, Şəxs məhkəmə iclasında təqdim etdiyi xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, inzibati xəta nəticəsində vurulmuş 300 manat ziyan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə ödənilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslə mobil telefon vasitəsi ilə əlaqə yaradılarkən sonuncu ona 300 manat məbləğində pulun ödənilməsini təsdiq etmiş, lakin Şəxsla barışmadığını qeyd etmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və protokolu tərtib etmiş şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi sübuta yetirilir və ona qeyd olunan maddə üzrə inzibati tənbeh tətbiq olunmalıdır. Məhkəmə hərtərəfli araşdırma apardı və müəyyən etdi ki, inzibati xəta haqqında protokolda göstərilənlər işin hallarına uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəsə də sonuncu ilə barışıq əldə edə bilməməsi inzibati iş üzrə icraata xitam verilməsini istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını və vurulmuş zərərin əvəzini könüllü surətdə ödəməsi məsuliyyəti yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Beləliklə, məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, səmimi peşmançılığını və vurulmuş zərərin əvəzini könüllü surətdə ödəməsini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, onun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulmalıdır. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmçinin Şəxs xx.xx.2025-ci il tarix saat 16:30-dan xx.xx.2025-ci il tarix saat 16:30-adək, yəni 48 saat müddətinə inzibati qaydada tutulmasını nəzərə alaraq hesab edir ki, ona tətbiq edilən ictimai işlər növündə inzibati tənbeh tədbiri həmin tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1, 40, 43, 114.1.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, həmçinin həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələblərinə əsasən onun xx.xx.2025-ci il tarix saat 16:30dan xx.xx.2025-ci il tarix saat 16:30-adək inzibati qaydada tutulması nəzərə alınaraq barəsində 160 (yüz altmış) saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsi gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar