Məhkəmə qərarları › İş №3(051)-43/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-43/2021

08.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-43/2021 08.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qıznın katibliyi , Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 iştirakı ilə, X4 Mingəçevir ŞPŞ-nin “İnzibati tənbeh vermə haqqında” TP4089142 saylı protokoldan şikayətinə baxaraq Müəyyən e t d i m: X6 barəsində “İnzibati tənbeh vermə haqqında” Mingəçevir şəhər polis şöbəsinin TP4089142 saylı protokoldan şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 şikayətini əsaslı hesab edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, O, Ağdaş rayonu Gigiyena və Epidemiya Mərkəzində sürücü vəzifəsində işləyir,bilavasitə koronovirus infeksiyasına qarşı mübarizədə gündəlik olaraq fəal iştirak edir. O gündəlik olaraq Ağdaşdan Mingəçevir şəhərinə evinə gedir. Koronovirus infeksiyasının profilaktikası , mübarizəsi üçün ona Ağdaş rayon GEM rəhbərliyi tərəfindən müvafiq sənəd (xx xxxxxx 2020-ci il tarixli ona və xidməti Xəzər SD99PH597 nömrə nişanlı avtomobil) verilmişdir. Cərimə təyin edilərkən müvafiq sənədi polis serjantı X3 təqdim etmək istəsə də, o sənədə məhəl qoymadı, heç baxmaq da istəmədi. Ona görədə Məhkəmədən “İnzibati tənbeh vermə haqqında” Mingəçevir şəhər polis şöbəsinin TP4089142 saylı protokolun ləğv edilməsini xahiş edir. X1 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhəri Yol Polis Xidməti inspektorudur. xx.xx.2020-ci il tarixdə şəhər ərazisində karantin rejimi qaydalarının pozulması hallarını müəyyən etmək üçün reydlər keçirilən zaman şəhəri ərazisində hərəkətdə olan minik avtomaşınını saxladılar. Yoxlama zamanı müəyyən edildi ki, həmin avtomaşının, eləcə də sürücünün icazəsi yoxdur. Ona görədə X6 barəsində protokol tərtib edilmiş və 200 Azn məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhəri Yol Patrul Xidməti inspektoru X2 TP4089142 №li xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X6 xx.xx.2020-ci ildə icazəsiz şəhər ərazisində hərəkətdə olaraq karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211.1-ci maddəsi ilə 200 manat inzibati cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X6 şikayətində İXM-nin 211.1-ci maddəsi ilə inzibati cərimə olunmasını qanunsuz hesab etmiş, şikayətini isə Ağdaş rayonu Gigiyena və Epidemiya Mərkəzinə məxsus xidməti avtomaşını ilə evinə getdiyini, ona görə də avtomaşının işləməsi üçün icazə olduğunu dair sənədi olmaması ilə əsaslandırmışdr. Lakin məhkəmə tədqiqi zamanı barəsində qərar qəbul edilmiş X4 ümumiyyətlə xidməti avtomaşınla fəaliyyəti ilə məşğul olmasına dair icazəsi (lisenziyası) olması müəyyən edilmədi. Eləcə də Ağdaş rayonu Gigiyena və Epidemiya Mərkəzinə məxsus olduğu iddia olunan avtomobilin karantin dövründə hərəkətinə icazəli olması müəyyən edilmədi. Həmçinin, aydın oldu ki, barəsində qərar qəbul edilmiş X6 müəyyən edilmiş qaydada icazə almadan şəhər ərazisində hərəkətdə olmaqla karantin rejimi qaydalarını pozmuşdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati məsuliyyətə cəlb olunmuş X4 əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tərkibi vardır. Barəsində olan qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün qanunı əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayəti təmin olunmasın. X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin rəisi E.İsmayılovun TP4089142 №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar