Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-430/2021 24.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X2 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1996-cı il tarixdə Yevlax rayonu Havarlı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, Kəlbəcər rayonu, Abdullauşağı ərazi dairəsi, Abdullauşağı kəndində qeydiyyatda olan və Mingəçevir şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2021-ci il tarixdə saat 18 radələrində keçmiş baldızı X2 yaşadığı ünvan 2 ünvanında sonuncuya məxsus cəmi 195 manat dəyərində olan “Samsung A10” və “Nokia 1202” markalı xxxx telefonları gizli yolla talamışdır. Bu hərəkəti ilə Şəxs Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə tam təqsirli bilərək izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində azyaşlı qızı Sevgi ilə görüşmək üçün keçmiş arvadı Leyla Qarazadənin yaşadığı ünvan 3 ünvanına gəlmiş, bu zaman keçmiş qayınanası Nazilə Nəbiyeva ondan yeni aldıqları tikinti ləvazimatlarını evə daşımaqda köməklik göstərməsini xahiş etmiş, o da buna etiraz etməmiş, işi görüb qurtardıqdan sonra qızı Sevgi ilə görüşmək üçün ev sahiblərinin razılığı ilə sözügedən evə daxil olmuşdur. Bir qədər sonra hamının başının qarışıq olduğunu görüb, qonaq otağındaki dolabın üzərindəki keçmiş baldızı Nuranə Əzizovaya məxsus 1 (bir) ədəd “Samsung A10” və 1 (bir) ədəd sadə “Nokia 1202” markalı xxxx telefonları gizli olaraq oğurlayaraq evi tərk edib getmişdir. Hazırda əməlindən peşmandır. “Samsung A10” markalı xxxx telefonun ekranını düzəltdirmək üçün telefon təmiri ustasına verdiyini, “Nokia 1202” markalı xxxx telefon koda düşdüyü üçün hazırda zərərçəkmişə dəymiş zərəri ödəyə bilməyəcəkdir. Odur ki, məhkəmədən ona həbslə əlaqədar olmayan tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, o, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində keçmiş kürəkəni Şəxs azyaşlı qızı Sevgi ilə görüşmək üçün onları yaşadığı ünvana gəlmiş, bu zaman anası X4 yeni aldıqları tikinti ləvazimatlarını evə daşımaqda köməklik göstərməsini xahiş etmiş, sonuncu buna etiraz etməmiş və işi görüb qurtardıqdan sonra Eşqin anasının razılığı ilə qızı Sevgi ilə görüşmək üçün evə daxil olmuşdur. Bir müddət sonra Eşqin evdə hamının başının qarışıq olduğunu görüb, ona məxsus olan qonaq otağında dolabın üzərində qoyulan 1 (bir) ədəd “Samsung A10” və 1 (bir) ədəd sadə “Nokia 1202” markalı xxxx telefonları gizli olaraq götürərək evi tərk edib getmişdir. Bir qədər sonra o, telefonların yerində olmadığını görüb, telefonların Eşqin tərəfindən oğurlandığına şübhə edərək, dərhal bu barədə Mingəçevir ŞPŞ-yə məlumat vermiş, lakin polis əməkdaşları tərəfindən Eşqinin tapılmadığını görüb Azərbaycan Respublikası DİNnin 102 xidmətinə də zəng edib məlumat vermişdir. Bununla belə Şəxs hadisədən sonra dəymiş ziyanı ödəməmişdir və ondan şikayətçidir. O, “Samsung A10” markalı xxxx telefonu 300 manata, “Nokia 1202” markalı xxxx telefonu isə 30 manata almışdır. Hazırda o Elvin Qasımovdan şikayətçidir. Odur ki, qərar qəbul edərkən izahatında göstərilənlərin nəzərə alınmasını xahiş edir. İşdə olan Mingəçevir şəhəri “xxxx” MMC-nin xx.xx.2021-ci il tarixli 63 nömrəli rəyindən görünür ki, hazırki dövrdə işlənmiş vəziyyətdə 1 (bir) ədəd “Samsung A10” markalı xxxx telefonun qiyməti 180 manat, 1 (bir) ədəd “Nokia 1202” markalı xxxx telefonun qiyməti 15 manat dəyərindədir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Qasımov X1 şəhəri, Günəşli bağ massivi küçə 12, ev 53 ünvanından cəmi 195 manat dəyərində 1 (bir) ədəd “Samsung A10” və 1 (bir) ədəd sadə “Nokia 1202” markalı xxxx telefonları gizli yolla oğurlamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Şəxs zərərçəkmiş şəxsə məxsus xxxx telefonları sonuncunun yaşadığı ünvan 2 ünvanından gizli olaraq oğurlamasına baxmayaraq, Şəxs əməli cinayət tərkibi yaratmır. Belə ki, işin faktiki hallarından müəyyən olunur ki, Şəxs sözügedən mənzilə azyaşlı qızı Sevgini görmək üçün orada yaşayanların razılığı ilə daxil olmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması məsuliyyətini yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, dəymiş ziyanın ödənilməməsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini və əməlindən peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində aşağı həddə həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs barəsində inzibati qaydada tutma haqqında protokol olmadığından, o, məhkəmə iclas zalından dərhal həbs edilməli və həbsə almanın əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Həbsə almanın əvvəli xx xxxxx 2021–ci il tarixdən saat 14:10-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-430/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-430/2021
24.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver