Məhkəmə qərarları › İş №3(051)-430/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-430/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-430/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 iştirakı ilə, Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-2-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs 26 aprel 2022-ci il tarixdə saat Mingəçevir şəhəri A.Şaiq küçəsi 9 saylı evin 40 saylı mənzilində yaşayan X3 məxsus evin qapısını qırmaqla onun əmlakına maddi ziyan vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 232-2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və ifadəsində göstərdi ki, X4 ilə bir birlərini əvəllər tanımışlar. Həbibə onun övladının müəlliməsi olmuşdur. Həbibə Rəhimova 2019-cu il tarixdə ondan 2000 manat borc pul almış, həmin borcu qaytarmışdır. Daha sonra Həbibə ondan 4000 manat borc pul salmışdır. xx.xx.2022-ci ildə borcunu istəmək üçün əri ilə birlikdə Həbibə Rəhimavanın yaşadığı ünvana getmişdir. Həbibə Rəhimova qapını gec açdığı uçun qapını bərkdən döymüşdür. Həbibə Rəhimova onun ərini içəri dəvət etmişdir. Evə daxil olduqdan sonra Həbibə ilə hər ay 200 manat verməklə borcdan qurtaracağını bildirdi. O isə Həbibə ilə razılaşıb oradan çıxıb getmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, bir birlərini əvəllər tanımışlar. O Arzunun övladının müəlliməsi olmuşdur. O, 2019-cu il tarixdə ondan 2000 manat borc pul almışdır. Şəxs isə 2000 manatı hər ay 200 manat sələm almaq şərti ilə ona vermişdir. O, 2020-ci ilin aprel ayına kimi 200 manatdan sələm ödəmiş həmin ilin may ayından isə 400 manat pul ödəmişdir. O, 2000 manat pulu tapıb 2022-ci ilin aprel ayının 3-də Şəxs yaşadığı ünvana dəvət edərək qızı X2 həmin pulu ona verərək borcunun qurtarmasını bildirmişdir. xx.xx.2022-ci ildə Şəxs əri ilə birlikdə onun yaşadığı ünvana gələrək qapını təpiklə vurub qapının kilidini qırmış, bundan sonra aralarında mübahisə yaranmışdır. Odur ki, məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş edir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs 26 aprel 2022-ci il tarixdə saat Mingəçevir şəhəri A.Şaiq küçəsi 9 saylı evin 40 saylı mənzilində yaşayan X3 məxsus evin qapısını qırmaqla onun əmlakına maddi ziyan vurmuşdur. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkimiş şəxsə qarşı heç bir zərər yetirəcək hərəkət etmədiyini bildirməsi məhkəmə tərəfindən özünü müdafiə kimi qiymətləndirilir və eyni zamanda işdə olan sənədlərlə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin günahsız olmasısübuta yetirilmədi. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməsini məhkəmə özünü müdafiə üsulu kimi qiymətləndirir. Onun gətirdiyi dəlillər məhkəmədə tədqiq olunmuş sübutlarla təkzib olunur. Ona görə də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərinə tənqidi yanaşır və nəzərə almır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar