Məhkəmə qərarları › İş №3(051)-430/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-430/2023

17.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-430/2023 17.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X4, İcra və probasiya şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-16(011)-101/2023 №li xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış 1760 manat aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-16(011)-101/2023 №li xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs iş üzrə aliment tələbi ilə bağlı qətnamə çıxarılanadək, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment tutulub tələbkar X7 verilməlidir. Şəxs alimenti tam ödəmədiyi üçün onun 1760 manat aliment borcu yaranmışdır. Ona görə də Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Hazırda Şəxs borcundan 800 manat ödəniş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-16(011)-101/2023 №li xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən ondan iş üzrə aliment tələbi ilə bağlı qətnamə çıxarılanadək, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2005-ci il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat məbləğində aliment tutulub tələbkar X7 verilməlidir. Aralarındakı nikah məhkəmə qaydasında pozulan zaman uşaqların kimin yanında qalmaları müəyyən edilməmişdir. Ancaq uşaqlar faktiki olaraq onun yanında qalırdılar. Sonra onun məlumatı olmadan Samirə Həşimova məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, onun tələbi təmin olunmuşdur. Halbuki uşaqlar onun yanında olmuşlar. Sonradan məhkəmə qərarından məlumatı olmuşdur. Elə başa düşmüşdür ki, uşaqlar onun yanında olduğuna görə aliment ödəməməlidir. Qızı Leyla hazırda da onun yanındadır, oğlu Nihad isə 2 aya yaxındır ki, təhsili ilə əlaqədar onun yanından gedibdir. Bu işlə bağlı mübahisə vardır. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Hazırda aliment borcundan 800 manat ödəniş etmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxs X7 məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. X2 məhkəməyə teleqram göndərərək Bakıda olduğu üçün işdə iştirak edə bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcundan 800 manat ödəniş etmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar