Məhkəmə qərarları › İş №3(051)-431/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-431/2022

18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-431/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ : Şəxs xx.xx.2022-ci il tarixdə X2 ünvan 2 ünvanında aralarında yaranmış mübahisə zamanı vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmaqla döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, X4 ilə bir-birlərini əvvəllər tanımışlar və münasibətləri normal olmuşdur, belə ki X4 onun övladının müəlliməsi olmuşdur. Həbibə Rəhimova 2019-cu il tarixdə ondan 2000 manat borc pul almış və həmin borcu qaytarmışdır. Bundan sonra Həbibə Rəhimova 2022-ci il fevral ayında ondan 4000 manat borc pul almışdır. xx.xx.2022-ci il tarixdə o, borcunu istəməsi üçün əri ilə birlikdə Həbibə Rəhimovanın yaşadığı ünvana getmiş, Həbibə Rəhimova qapını gec açdığı üçün qapını bərkdən döymüş, Həbibə Rəhimova onu və ərini içəriyə dəvət etmişdir. Mənzilə daxil olduqdan sonra Həbibə Rəhimova hər ay 200 manat verməklə borcdan qurtara biləcəyini ona bildirmiş, o isə Həbibə Rəhimova ilə razılaşıb oradan çıxıb getmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o, Şəxs ilə birbirlərini əvvəllər tanımışlar və münasibətləri normal olmuşdur, belə ki, o Şəxs övladının müəlliməsi olmuşdur. O, 2019-cu il tarixdə Şəxs 2000 manat borc pu istəmiş, Şəxs isə 2000 manat pulu hər ay 200 manat sələm almaq şərti ilə ona vermişdir. O, 2020-ci il ilin aprel ayına kimi 200 manat sələm ödəmiş, həmin ilin may ayından isə Şəxs razılaşmasından sonra hər ay 400 manat pul ödəmişdir. O, 2000 manat pul tapıb 2022-ci ilin aprel ayının 3-də Şəxs yaşadığı ünvana dəvət edərək qızı X3 həmin pulu ona verərək borcunun qurtarmasını bidirmiş, Şəxs isə borcunun 4000 manat olduğunu bildirmişdir. xx.xx.2022-ci il tarixdə Şəxs əri ilə birlikdə onun yaşadığı ünvana gəmiş, Şəxs qapını təpiklə vurub qapının kilidini sındırmış, evə dəvət etdikdən sonra Şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs yumruqla onun sağ-sol qollarına və kürək nahiyəsinə vuraraq döymüş, həmçinin onu və qızını sözlə hədələmişdir. O görə də o, DİNin 102 xidmətinə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2022-ci il tarixli, 269 saylı ekspert rəyindən görünür ki, X1 bədənində aşkar edilmiş xəsarətlər – hər iki bazu və said nahiyələrində qançırlar küt əşyanın (alətin) təsirindən əməə gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqarı üçün dərəcələri təyin olunmur. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhərində X2 vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmişşəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən vəağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinəşikayət və ya protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar