Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-431/2023 23.05.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1974-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Mingəçevir şəhəri, X3, ev 84/17, mənzil 48 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1437/2021 saylı icra vərəqəsi üzrə yaranmış 1120 manat borcun və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)- 5319/2016 saylı məhkəmə əmri ilə ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, məhkəmə qərarlarının tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında bildirdi ki, borclu Şəxs hazırda ayrı ayrılıqda məhkəmə qərarları üzrə 1120 manat və 759.82 ABŞ dolları məbləğində borcu ödəməmişdir. Lakin borcunu hissə-sissə ödəməyə razıdır. Hal-hazırda isə özü ilə 150 azn gətirmişdir. Odur ki, məhkəmədən göstərilənlərə dair qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında bildirdi ki ayrı ayrılıqda məhkəmə qərarları üzrə 1120 manat və 759.82 ABŞ dolları məbləğində borcu ödəməmişdir. Lakin maddi vəziyyəti aşağı olduğu üçün borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkara olan borcunu hissə-sissə ödəməyə razıdır. Hal-hazırda isə özü ilə 150 azn gətirmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar "xxxx" LTD MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1437/2021 saylı icra vərəqi üzrə yaranmış 1120 manat və Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)- 5319/2016 saylı məhkəmə əmrinə əsasən yaranmış 759.82 ABŞ dolları və dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1437/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1100 manat məbləğində pulun və 20 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" LTD MMC-yə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-5319/2016 saylı məhkəmə əmrindən görünür ki, cavabdeh Şəxs 613.16 ABŞ dolları əsas, 4.83 ABŞ dolları faiz, 31.83 ABŞ dolları cərimə borcu olmaqla cəmi 759.82 ABŞ dollarının və 20 manat dövlət rüsumunun alınaraq tələbkar "xxxx" KB ASC-yə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-1437/2021 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borculu Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)- 1437/2021 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İcraata başlamaq haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-5319/2016 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2016-cı il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borculu Şəxs Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)- 5319/2016 saylı icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan xx.xx.2023-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs 10 gün müddət ərzində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2023-cü il qərardan görünür ki, borclu Şəxs barəsində axtarış elan edilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, borclu Şəxs borclu olduğu icra sənədlərinin ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. Şəxs Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, xx.xx.2021-ci il tarixli 2(051)-1437/2021 tarixli icra sənədinə əsasən yaranmış borcdan xəbəri var, lakin borcu ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, qazancı çox azdır. Bununla belə tələbkara olan borcunu hər ay 100 manat olmaqla ödəməyə razıdır. İşdə olan icra məmuru tərəfindən məhkəməyə ünvanlanmış qəbzdən görünür ki, Şəxs borcundan 150 manat məbləğində ödəniş etmişdir. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi qəbz, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından və xəstəliyi səbəbi ilə ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər.. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-431/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-431/2023
23.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver