Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-431/2024 19.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi X2 Yevlax rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Yevlax rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2024 saylı inzibati xəta haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 (qırx) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iclası zamanı barəsində inzibati qərar qəbul edilmiş X1 rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2024 saylı inzibati xəta haqqında qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. İşə əlavə edilmiş Yevlax rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2024 saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 346.2-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, işə əlavə edilmiş xx.xx.2024 saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 İXM-nın 346.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün Yevlax rayon Polis Şöbəsi DYPB-nin tərəfindən 40 manat cərimə edilmişdir. Göründüyü kimi inzibati xəta hadisəsi Yevlax rayonu ərazisində baş vermişdir. Barəsində qərar qəbul edilmiş şəxs özü isə Kəlbəcər rayonu, Abdullauşağı Ərazi Dairəsi, Abdullauşağı kəndində qeydiyyatdadır. Hazırki işə sözügedən Yevlax rayon Məhkəməsində baxılmalı və ya şəxsin vəsatətinə əsasən yaşadığı yerin məhkəməsində baxılmalıdır. İş materiallarından da göründüyü kimi şəxs Kəlbəcər rayonu, Abdullauşağı Ərazi Dairəsi, Abdullauşağı kəndində qeydiyyatda olsa da, Mingəçevir şəhərində müvəqqəti yaşaması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə olan halda isə şikayət ərizəsinin məhkəmə tərəfindən icraata götürülməsi və baxılması mümkün deyildir. AR İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X6 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, Yevlax rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından verilmiş şikayət geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: Yevlax rayon Polis Şöbəsi DYPB-nin vəzifəli şəxsinin X2 İnzibati Xətalar Məcəlləsinin 346.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Yevlax rayon Polis Şöbəsi DYPB-nin xx.xx.2024-cü il tarixli qərarının ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın . HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-431/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-431/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver