Məhkəmə qərarları › İş №3(051)-432/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-432/2020

17.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-432/2020 17.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi X6 və Probasiya Şöbəsinin icra məmuru: X1 İcra sənədi üzrə borclu: Şəxs xx xxxxxxxx 1991-ci il tarixdə Zərdab rayonu Bıçaqçı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, “WORD TELEKOM”-da işləyən, ünvan 1 mənzil 11 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında faktiki yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019, xx.xx.2019-cu il tarixli icra sənədlərininin və Mİngəçevir regional “Asan xidmət” mərkəzinin notariat kontorunun xx.xx.2019-cu il tarixli icra qeydinin icrası ilə əlaqədar X6 və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır. X6 və Probasiya Şöbəsinin icra məmuru X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, iş üzrə borclu Şəxs oğlu Mingəçevir şəhər Məhkəməsinin 2(051)-715/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 2115.76 manat Zərərçəkmiş şəxs3 İKB ASC-yə, 2(051)-1705/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə 1362,52 manat «xxxxxxx» KB ASC-yə və Mingəçevir regional «ASAN xidmət» mərkəzində notariat ofisinin xüsusi notariusu X5 oğlunun xx.xx.2019-cu il tarixli icra qeydinə əsasən 890.89 manat Zərərçəkmiş şəxs2 ASC-nə borcu yaranmışdır. İcra məmuru tərəfindən rəsmi xəbərdarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq, borclu borcunu ödəməmiş və onun tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. O, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, tələbkarlara olan borcunu ödəməkdən boyun qaçırmır, belə ki, övladının və atasının səhhəti ilə əlaqədar, işdən çıxmaq məcburiyyətində qalmış və qeydiyyatda olduğu mənzil artıq satıldığından o, faktiki olaraq Bakı şəhərində kirayədə yaşayır. Hazırda «WORD TELEKOM»-da yeni işə başlamış və tələbkarlarla yaranmış borcu ödəmək üçün razılıq əldə etmək üçün vaxt verilməsini xahiş edir. İşdə olan icra səqədlərindən görünür ki, cavabdeh Şəxs 2115.76 manat Zərərçəkmiş şəxs3 İKB ASC-yə, 1362,52 manat «xxxxxxx» KB ASC-yə 890.89 manat Zərərçəkmiş şəxs2 ASC-nə borcu vardır. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədlərini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, iş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə borcunu ən qısa zamanda ödəməyi öhdəsinə götürmüşdür. Tələbkarlar da onunla razılaşmışdır. Halbuki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olmaması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar