Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-432/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X5, Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1987-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəmənin 2(051)-371/2018 saylı 06.04.2018-ci il tarixli qətnaməsini icra etmədiyinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-371/2018 saylı 06.04.2018-ci il tarixli qətnaməsinə əsasən Şəxs 16.05.2013-cü il təvəllüdlü Nura və 06.11.2014-cü il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. Lakin Şəxs borcu tam ödəmədiyi üçün onun 4632 manat borcu yaranmışdır. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-371/2018 saylı 06.04.2018-ci il tarixli qətnaməsinə əsasən ondan 16.05.2013-cü il təvəllüdlü Nura və 06.11.2014-cü il təvəllüdlü Zəhra adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. O, alimenti ödəməkdən, uşaqlarını saxlamaqdan boyun qaçırmır, icra məmurunun da hər hansı bir qanuni tələbini yerinə yetirməkdən imtina etməmişdir. Hər dəfə dəvət olunanda icra şöbəsinə gəlmiş, alimenti ödəməmək səbəbini də icra məmuruna izah etmişdir. Belə ki, üç ildir o, uşaqlarını görə bilmir. X4 2018-ci ildə uşaqları da götürüb Türkiyəyə getmiş, uşaqları bu vaxta qədər Azərbaycana qaytarmamışdır, ya da ona uşaqlarla görüşməyə imkan vermir. O, uşaqları görmək üçün Türkiyəyə getməyə məcbur oldu. Lakin yenə tələbkar uşaqları onunla görüşmələrinə müxtəlif bəhanələrlə mane oldu. 3 ay o, uşaqlarla görüşmək üçün Türkiyədə qalmağa məcbur oldu. Lakin heç bir nəticəsi olmadı. Tələbkar 2018-ci ildən uşaqlarla birlikdə getmişdir. Bu müddətdə tək bir dəfə tələbkar özü Azərbaycana qayıtmışdı, onda da uşaqları gətirməmişdir. Uşaqalrın harada qalmaları, necə yaşamaları, sağ olub-olmamaları barədə dəqiq məlumatı yoxdur. Aliment uşaqların saxlanması üçün verilrir. O, uşaqlarınıı görə bilmədiyinə, onlarla ünsiyyıt yaratmaq hüququndan məhrum olduğuna, uşaqları barədə məlumat ala bilmədiyinə görə alimenti ödəməmişdir. Uşaqlarla görüşəndən sonra aliment borcunu ödəyəcəkdir. Buna görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində 4632 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs 4632 manat borcu ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-432/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-432/2021
28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver