Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-432/2022 18.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakı ilə xx.xx.1991-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2021-ci il tarixdə H.Əliyev prospektində X2 şillə ilə vuraraq döymüşdür. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, o, xx.xx.2021-ci il tarixdə əvvəldən tanıdığı X2 yalnız bir dəfə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasının qarşısında görmüşdür. O, borclu olduğuna görə icra məmuru tərəfindən dəvət olunmuşdur. Həmin vaxt X4 da tələbkar olduğuna görə orada olmuşdur. İcra məmuru ondan X3 borclu olduğu məbləği ödəməyi tələb etmişdir. O isə imkanı olmadığını bildirmişdir. Ondan sonra onunla X4 arasında sözlə mübahisə yaranmışdır. Zəhra xanım onu təhqir etdiyi halda o, yoluna davam etmişdir. Sonra isə işi ilə əlaqədar olaraq Bakı şəhərinə yola düşmüşdür. O, X2 vurmamış, nə də ona qarşı nalayiq ifadə işlətməmişdir. Əksinə Zəhra onun ünvanına nalayiq ifadələr işlətmişdir. Elə bir hal olsaydı araşdırma zamanı Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin inzibati binasında quraşdırılmış kamera görüntülərindən istifadə olunardı. Hesab edir ki, onunla X4 arasında məhkəmə mübahisəsi olduğuna və o, borclu olduğu məbləği ödəyə bilmədiyinə görə X5 ona qarşı qərəzli olmuşdur. Hazırda özünü təqsirli hesab etmir. Ona görə də izahatında göstərilənləri nəzərə almaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, xx.xx.2021-ci il tarixdə saaat 14:30 radələrində Şəxsla Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən parkda rastlaşan zaman o, Şəxs onun borcunu qaytarmasını xahiş və tələb etmiş, lakin Şəxs kobud danışmış və onun ünvanına nalayiq söyüşlər söymüşdür. Bundan sonra aralarında mübahisə yaranmış və Şəxs onun ağız nahiyyəsinə şillə ilə vuraraq onu döymüşdür. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli 16 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər üst dodaqda səthi yara, üst çənədə sol 2-3-cü dişlərin tac hissələrinin sınığı küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2021-ci il tarixə uyğun gələ bilər. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs X2 vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəəsarət yetirməklə döyməsi, cinayət sayılmadığına görə həmin xüsusat üzrə cinayət işinin başlanması rədd edilmiş və onun barəsində İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başanılması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması haqqında qərarından görünür ki, Şəxs olduğu müəyyən olunmadığına görə inzibati xəta haqqında iş üzrə icraatın dayandırılmışdır. İşdə olan Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın təzələnməsi haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə dayandırılmış inzibati xəta haqqında iş üzrə icraat təzələnmişdir. Məhkəmə məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2021-ci il tarixdə X2 vuraraq, sağlamlığına dərəcəsi təyin edilməyən xəəsarət yetirməklə döyməsi, özünün izahatı ilə təkzib edilmişdir. Belə ki, zərərçəkmiş şəxsin bədən səthində aşkar edilmiş xəsarət ekspert rəyində göstərilsə də, həmin xəsarətin məhz barəsində protokol tərtib edilmiş şəxs tərəfindən yetirilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Zərərçəkmiş şəxs isə yalnız öz izahatında göstərdiyi dəlillərə əsaslanaraq barəsində protokol tərtib edilmiş şəxsin ona xəsarət yetirməsini bildirməklə kifayətlənmişdir. Təhquiqat orqanı tərəfindən isə heç bir əlavə sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına əsaslı şübhələr yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, törədilmiş inzibati xətada şəxsin təqsirliliyi sübuta yetirilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Ona görə də məhkəmə hesab edir ki, hazırki inzibati xəta haqqında iş üzrə icraatda barəsində protokol tərtib edilmiş şəxsin təqsirli olunması sübut olunmamışdır. Ona görə də onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM–nin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Həmin Məcəllənin 157-ci maddəsindən görünür ki, şəxsin inzibati tənbehə məruz qalması üçün onun döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası İXM–in 157–ci maddəsinin tərkibinin yaranması üçün əməl qəsdən törədilməlidir. Məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxs X2 qəsdən döyməsi və ya ona qəsdən fiziki ağrı yetirməsi iş materialları ilə istisna olunur. Azərbaycan Respublikası İXM–nin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, nzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-432/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-432/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver