Məhkəmə qərarları › İş №3(051)-433/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-433/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-433/2020 15.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X5 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X8, zərərçəkmiş şəxs (tələbkar) X9 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakı ilə, xx.xx.1978-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi işlə məşğul olan, ünvan 1 mənzil 23 ünvanda qeydiyyatda olan və yaşayan X2 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Mingəçevir şəhər məhkəməsinin 2(051)-2497/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədi ilə X6 yaranmış 1234.28 manat borcunu ödəmədiyinə görə X4 barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2497/2019 №li xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan 1234.28 manat alınıb tələbkar X6 verilməlidir. O, məhkəmə iclasında iştirak etmədiyinə görə Nisə Səfərovaya borcu olmasını sübut edə bilməmişdir. Onun N. Səfərovaya borcu yoxdur. Eləcə də maddi imkanı olmadığına görə icra sənədində göstərilmiş pulu ödəməmişdir. Zərərçəkmiş şəxs (tələbkar) X9 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2497/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən X1 1234.28 manat alınıb ona verilməlidir. Həmin borcdan bu vaxta kimi heç bir ödəniş etməyib. M.Tapdıqov hər dəfə ona borcunu qısa müddətə ödəyəcəyini vəd etsə də, borcunu ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Borcun tam ödənilməsini xahiş edir. Əks halda X3. qanun daxilində cəza verilməsini xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X8 məhkəmə iclasında bildirdi ki, X1 Mingəçevir şəhər məhkəməsinin 2(051)-2497/2019 №li xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 1234.28 manat pul alınıb tələbkar X6 verilməlidir. X7 icra sənədinin icra etməməsinin hüquqi nəticələri dəfələrlə izah edilmiş, lakin o, borcu olmadığını bildirərək bu vaxtadək heç bir ödəniş etməmişdir. X4 icra sənədini icra etməkdən boyun qaçırdığına görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmu halda qiymət verərək hesab edirəm ki, X2 əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. X2 məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. X2 əməlini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : X4 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar