Məhkəmə qərarları › İş №3(051)-433/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-433/2021

28.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-433/2021 28.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror - Mingəçevir şəhər prokurorunun köməkçisi X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi Vəkil iştirakı ilə, xx xxxxxx 2004-cü ildə Mingəçevir şəhərində doğulmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, Mingəçevir şəhəri N.Nərimanov prospekti ev 38, mənzil 109 yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən e t d i m: Şəxs 13 dekabr 2020-ci il tarixdə saat 10-11 radələrində yaşadığı binanın yaxınlığındakı Dram teatr”ın dairəsi deyilən ərazidə piyada hərəkət edən zaman yerdə bir ədəd sellofan büküm görmüş, maraqlı gəldiyi üçün həmin bükümü yerdən götürmüşdür. Həmin bükümün içərisində 9 (doqquz) ədəd siqaretin gümüş kağızına bükülmüş büküm və 1 ədəd siqaret dənəsi olduğunu görmüş, satış məqsədi olmadan üzərində şəxsi istehlak miqdarından az miqdarda yəni 0.012 qram çəkidə narkotik vasitə heroinlə birlikdə aşkar edilərək götürülmüşdür. Şəxs qanuni nümayəndəsi X3 verdiyi izahatında göstərmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat 10-11 radələrində yaşadığı binanın yaxınlığındakı Dram teatr”ın dairəsi deyilən ərazidə piyada hərəkət edən zaman yerdə bir ədəd sellofan büküm görmüş, maraqlı gəldiyi üçün həmin bükümü yerdən götürmüşdür. Səhvini başa düşmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil verdiyi ifadəsində göstərmişdir ki, 13 dekabr 2020-ci il tarixdə saat 10-11 radələrində yaşadığı binanın yaxınlığındakı Dram teatr”ın dairəsi deyilən ərazidə piyada hərəkət edən zaman yerdə bir ədəd sellofan büküm görmüş, maraqlı gəldiyi üçün həmin bükümü yerdən götürmüşdür. Həmçinin o, yetkinlik yaşına çatmamış və etdiyi əməldən peşimançılıq hissi keçirtmişdir. Göstərilənləri nəzərə alaraq onun barəsində yüngül tənbeh növünün seçilməsini xahiş edir. Məhkəmə iclasında İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror - Mingəçevir şəhər prokurorunun köməkçisi X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində qanuni tənbeh növünün seçilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, onun müdafiəçisinin və Mingəçevir şəhər prokurorunun köməkçisinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs əməlindən peşman olması, onun yetkinlik yaşına çatmaması məsuliyyətini yüngülləşdirən hallardır. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələbinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edirəm ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar