Məhkəmə qərarları › İş №3(051)-434/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-434/2024

06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-434/2024 06.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: Hacıməmmədov Sənan Mülkağa oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Borclu Şəxs və onun müdafiəçisi X1 iştirakı ilə xx.xx.1977–ci il tarixdə Ermənistan Respublikası Masis (Zəngibasar) rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsi üzrə yaranmış 11260 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsinə əsasən ondan 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İcra sənədi icraya yönələnə qədər o, tələbkarla aralarında olan razılığa görə qətnamədə göstərilən məbləğdən artıq, yəni 13500 manat məbləğində pulu tam şəkildə ödəmiş, tələbkar da onun müqabilində avtomobili qaytarmış və ona etibarnamə vermişdir. İcra sənədi icra və probasiya şöbəsinə verildikdən sonra tələbkar onun ödədiyi məbləğləri inkar edərək, həmin pulu yenidən tələb etmişdir. Belə ki, tələbkar onun ödəniş etməyini sübut etməsini bildirir, halbuki, o, tələbkarla yaxın münasibətdə olan qohumları vasitəsilə razılaşmış və pulu ödəmişdir. Hazırda onun əlində rəsmi sənəd olmamasından sui-istifadə edən tələbkar əsassız olaraq ondan yenə pul tələb edir. Onun 13500 manat pulu tələbkara ödəməsi ilə bağlı rəsmi sənəd olmasa da, tələbkarı səs yazıları və pulu təqdim edən şahidlər vardır, lakin tələbkar yenə də pulun ödənilməsini inkar edir. Tələbkar əsasən məhkəmə prosesi zamanı olan mübahisəni bəhanə gətirərək, ondan qisas almaq məqsədini aşkar surətdə biruzə verir. Hesab edir ki, tələbkarın hüquqdan sui-istifadə etməsi, yəni pulu alarkən heç bir rəsmi sənədə imza etməməsinə istinad tməsi əsaslı deyildir. Çünki o, tələbkara pulu təqdim edərkən şahidləri olmuş, həmçinin səs yazısı ilə onunla əlaqə saxlamışdır. Bütün bu halların olmasına baxmayaraq, tələbkar icra sənədinin omasına əsaslanaraq ondan əsasız olaraq pul tələb edir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsinə əsasən Şəxs 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq ona verilməsi qət edilmişdir. Borclu tərəfindən mövcud borcundan ona ödəniş edilməmişdir. Şəxs ona mövcud borcundan 5000 manatını ödəyəcəyini vəd etmişdir. X3 ona 2000 manat pul verəcəyini dedikdə borclu vədinə əməl etmədiyi üçün həmin pulu qəbul etməmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, avtomobil ustasıdır. Hər iki şəxsi yaxıdan tanıyır. Hər ikisi ilə də yaxın münasibəti vardır. Onun Şəxs 2000 manat verəcəyi olmuşdur. Şəxs da həmin 2000 manat məbləğində pulu Zərərçəkmiş şəxs verməyini xahiş etmişdir. Ondan sonra un onun yanına gələcəyini bildirərək Vasibə verməsini demişdir. Vasib də onun işlədiyi avtomobil təmiri sexinə gəlmidir. Ondan sonra o, həmin 2000 manat pulu Vasibə vermişdir. Vasib də pulu sayıb götürmüş və onunla sağollaşıb getmişdir. Sonra Raminə zəng edib pulu verdiyini demişdir. Onunla Vasib arasında başqa söhbət olmamışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsindən görünür ki, Şəxs 11250 (on bir min iki yüz əlli) manat pul, sənədlərin notarial qaydada təsdiqi üçün ödənilən 10 (on) manat pul alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-60/2024 saylı icra vərəqəsi üzrə yaranmış 11260 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarından görünür ki, Zərərçəkmiş şəxs borcludan qalıq borcun ödəniməsi ilə bağlı borclu X4 mesencer xidməti vasitəsi ilə səsli mesaj göndərmişdir. Beləliklə, borclunun izahatı, şahid ifadəsi, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsini icra etdiyini bildirmişdir. Borclunun borcundan ödəniş etməsi şahid ifadəsi və iş materiallarına əlavə edilmiş CD diskdə olan səs yazılarından da müəyyən olunur. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur, həmçinin borclunun borclu olduğu məbləğin ödənilib-ödənilməməsi ilə bağlı inzibati xəta haqqında iş üzrə icraatda aradan qaldırılması mümkün olmayan ziddiyyətlər mövcuddur. Belə olan halda barəsində protokol tərtib edilmiş şəxsin tam təqsirli olması, yəni onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin məcmu halında mövcud olması öz təsdiqini tapmır. Bu hallar isə inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların dairəsinə daxildir. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar