Məhkəmə qərarları › İş №3(051)-435/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-435/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-435/2022 16.08.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: X4 Barəsində inzibati protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə xx.xx.1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, deməsinə görə qeyri-rəsmi fəhlə işləyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-cu il tarixli 2(051)-906/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs üç uşağın saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat alimentin tutulub X6 verilməsi qət edilmişdir. Şəxs Mingəçevir şəhər Məhkəməsinin 24 avqust 2021-cu il tarixli 2(051)-906/2021 saylı icra vərəqəsinin icrasını üzrsüz səbəbdən icra etməməsinə görə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. İnzibati protokola əlavə edilmiş sənədlərdən görünür ki, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs tələbin könüllü icrası haqqında bildirişlər göndərilmiş, lakin borclu heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, iş üzrə borclu Şəxs Məhkəmənin 24 avqust 2021-cu il tarixli 2(051)-906/2021 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs üç uşağın saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat alimentin tutulub X6 verilməsi qət edilmişdir. İcra məmuru tərəfindən rəsmi xəbardarlıq edilməsinə və izahatının alınmasına baxmayaraq borclu borcunu ödəməmişdir. Beləliklə borclu tərəfindən məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Ona görə də, borclunun barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında inzibati protokol tərtib olunmuşdur. Barəsində inzibati protokol tərtib olunmuş Şəxs məhkəmə iclasında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 24 avqust 2021-cu il tarixli 2(051)-906/2021 saylı icra vərəqəsinə əsasən üç uşağın saxlanması üçün hər ay hər uşağa 110 manat olmaqla, cəmi 330 manat alimentin tutulub X6 qət edilmişdir. Tələbkara borcunu ödəməkdən boyun qaçırmır, lakin maddi imkanı olmadığı üçün yaranmış borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda yaranmış borcundan 700 manat ödəyir. Tələbkar ilə öz aralarında razılığa gəlmişlər və qalıq borcdan hər ay hissə hissə ödəyəcək. X2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, iş üzrə protokola xitam verilməsini xahiş edir. Belə ki, borclu Şəxs ona olan borcundan 700 manat ödəniş etmişdir. Qalıq borcun tez bir zamanda ödənilməsi ilə bağlı aralarında razılığa gəlmişlər. Məhkəmə işdə olan sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş üzrə tələbkar və borclu öz aralarında razılığa gələrək hazır ki iş üzrə icraata verilməsi ilə bağlı məhkəməyə müraciət edərək barışmışlar. Beləliklə, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Həmin Məcəllənin 114.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Republikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Mingəçevir Şəhər Məhkəməsinin vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar