Məhkəmə qərarları › İş №3(051)-435/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-435/2024

09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-435/2024 09.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Barəsində qərar çıxarılmış: X9 nümayəndəsi Vəkil, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə1, Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş əmək müfəttişi Nümayəndə2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsinin X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış vəzifəli şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X17 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X10 Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə (son haqq-hesab) ödənilməməsinə dair ərizəsi əsasında X19 Xidməti Mərkəzi Aran regional şöbəsi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X12 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsinə dair xx.xx.2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib etmiş və xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ilə 900 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin həmin protokolu və qərarı qanunsuz və əsassızdır və bu səbəbdən ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışmış X18 Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2023-cü il tarixli 60 saylı əmri ilə öz xahişi əsasında işdən azad edilmiş və ona və 2022-2023-cü il üçün əmək məzuniyyətinə görə son haqq-hesab mühasibatlıq tərəfindən hesablanıb tam verilmişdir. X19 Xidməti Mərkəzi Aran regional şöbəsi ərizəçinin şikayətini tam araşdırmadan, tərəfin izahatını almadan X12 Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilib əvvəlcə protokol tərtib edib və sonradan heç bir sənədə istinad etmədən barəsində 900 manat cərimə növündə inzibati tənbeh tədbiri tətbiq etmişdir. X1 ünvanladığı şikayətində 2015-2021-ci il tarixdə ödənilməyən əmək haqqını tələb edir. 2015-2021-ci il tarixə ödənilməyən əmək haqqına dair hissə də əsassızdır. Ərizəçi ərizəsində etiraf edir ki, həmin dövrdə pulunu almamışdır. Lakin bu halların mövcudluğu onun həmin dövrdə əmək haqqını tələb etmək hüququnu əldə etmiş və bu hüquq məhdudlaşmamış və bu səbəbdən məsələni mübahisələndirib məhkəməyə müraciət edə bilərdi. Digər tərəfdən X16 şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə xx.xx.2021-ci il tarixdə rəhbərlik etməyə başlamış və bu səbəbdən müəssisənin həmin tarixdən əvvəlki dövrü üçün mövcud pozuntulara görə məsuliyyət daşıya bilməz. Xüsusən də ona görə ki, özünün fəaliyyət göstərdiyi dövrdə ərizəçi bu tələblə rəhbərliyə müraciət etməmişdir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X9 nümayəndəsi Vəkil şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, təmsil etdiyi şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin əlamətləri olmadığına görə onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2024-cü il tarixdə çıxarılmış MN ******* nömrəli cərimə növündə inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsi Nümayəndə1 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə X9 inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin baş əmək müfəttişi Nümayəndə2 məhkəmə iclası zamanı şikayətin dəlillərini qəbul etməyərək şikayətə qarşı verilmiş etirazın məzmununa uyğun olaraq bildirdi ki, vətəndaş X10 Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində əmək hüquqlarının pozulması barədə X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanladığı müraciətinə baxılmışdır. Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024cü il tarixli 101 nömrəli məktubunda İdarənin tabeliyində olan Mənzil İstismar Sahələrinin (MİS) təsərrüfat hesablı olmaqla büdcədənkənar maliyyələşdiyi, MİS işçilərinin əmək haqqı fondu əhalidən yığılan mənzil xidmət haqlarının qeyri-yaşayış sahələrindən və məhəllədaxili fərdi qarajlardan yığılan xidmət haqlarının hesabına verildiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarına 2 nömrəli əlavəyə əsasən əhali üçün kommunal xidməti tarifləri əsasında yığıldığı və əmək haqqı ödənişinin birbaşa daxilolma məbləğindən asılı olduğu bildirilmişdir. Z.Əzizovun xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixədək MİS-lərdə müxtəlif vəzifələrdə işlədiyi, işlədiyi dövrdə bütün iş illərinə görə əmək məzuniyyətindən istifadə etdiyi, sonuncu dəfə xx.xx.2023-cü il tarixli 23 nömrəli əmrlə xx.xx.2022-xx.xx.2023-cü iş ilinə görə əmək məzuniyyətində olduğu qeyd edilmişdir. Bundan əlavə məktubda idarənin Z.Əzizova keçmiş dövrlərdən 3879.33 manat ödənilməmiş əmək haqqı borcunun yarandığı, həmin borcdan xx.xx.2023-cü il tarixdə 1665.00 manat "xxxx" ASC-nin Mingəçevir şəhər filialında olan ******************** nömrəli bank hesabına köçürüldüyü, idarənin ona 2214.33 manat əmək haqqı borcu qaldığı, idarənin bank hesabında maliyyə vəsaiti qalmaması səbəbindən həmin məbləğin tam ödənilməsinin mümkün olmadığı, maliyyə vəsaiti yarandığı təqdirdə, həmin borcun tam ödəniləcəyi bildirilmişdir. Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubuna qoşma halında əlavə etdiyi sənədlərdən məlum olur ki, Z.Əzizovla işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, işəgötürən Z.Əzizovun əmək müqaviləsinə xitam verərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172.4-cü maddələrinin tələbləri pozularaq işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin tələblərinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bununla bağlı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru X9 ünvanına təqdim edilmiş sənədlərdə inzibati xəta əlaməti olması ilə bağlı barəsində başlanmış inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutların və təsdiqedici sənədlərin xx.xx.2024-cü il tarixdə saat 11:00-dək təqdim edilməsi məqsədi ilə xx.xx.2024cü il tarixli 3-17-5/2-21568/2024 saylı məktub göndərilmişdir. Protokola baxış zamanı Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin baş mühasibin müavini X13 iştirak etmişdir. Lakin hər hansı bir təsdiqləyici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətdə onun inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində bu Məcəllənin 192.4-cü maddələrinə əsasən vəzifəli şəxs qismində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Protokol xx.xx.2024-cü il tarixli 3-17-5/2- 23368/2024 saylı məktubla N.İsmayılovun ünvanına göndərilmişdir. Tərtib edilmiş protokola əsasən inzibati xəta haqqında işə baxılması və iş üzrə bütün sübutları təqdim etmək məqsədi ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktorunun və ya onun səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməsi və iş üzrə bütün sübutların təqdim olunması məqsədi ilə xx.xx.2024-cü il tarixli 3-17-5/2- 23369/2024 saylı bildirişlə 07 may 2024-cü il tarixdə saat 11:00-a ünvan 3 ünvanına dəvət olunmuşdur, lakin hər hansı bir təsdiqləyici sənəd təqdim edilməmişdir. Odur ki, X19 Xidməti Mərkəzi Aran regional şöbəsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 111-ci maddəsində nəzərdə tutulmuş müddətdə Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin direktoru X9 bu Məcəllənin 192.4-cü maddəsinə əsasən 900,0 (doqquz yüz) manat məbləğində cərimə edilməsi barədə MN ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarın bir nüsxəsi xx.xx.2024-cü il tarixli 3-17-5/2-26766/2024 saylı məktubla N.İsmayılovun ünvanına göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Qeyd edilən qanun pozuntusu Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri ilə tam ziddir. Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi iddia ərizəsində süni olaraq “Kolliziya” (Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanunu maddə 1.0.12. normativ hüquqi aktların kolliziyası - eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktların ziddiyyəti (uyğunsuzluğu)) mühiti yaratmaq istəyir. Ancaq təsərrüfat hesablı idarəetmə anlayışı hərəkətlərin qanun çərçivəsindən çıxmasına əsas vermir. Bu daha çox tipik sui-istifadə amilinə bənzəyir (Normativ hüquqi aktlar haqqında Azərbaycan Respublikası Qanunu maddə 66.4. Digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət təşkil edən normativ hüquqi aktda vəzifəli şəxslər üçün konkret halda tətbiq edilməli olan aktı sərbəst seçmək imkanının yaradılmasına, həmin kolliziyanın həlli mümkünlüyünün vəzifəli şəxsin iradəsindən asılı olmasına yol verilmir). Hətta belə bir halın (Kolliziya) mövcud olduğu süni mühitdə Məcəllənin hüquqi qüvvəsinin üstünlüyü qəbul olunmalıdır (normativ hüquqi aktın hüquqi qüvvəsi – normativ hüquqi aktın müvafiq ictimai münasibətlərə tətbiqinin məcburiliyini, habelə onun digər normativ hüquqi aktlar barəsində üstünlüyünü və ya tabeliyini müəyyən edən xarakteristika). Məcəllə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən vahid sistemləşdirilmiş qanunvericilik aktıdır. Normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması üsullarından biri də normativ hüquqi aktların məcəllələşdirilməsidir və məcəllələşdirmə ictimai münasibətlərin müəyyən sahəsini tənzimləyən qanunların sistemləşdirilməsi formasıdır. Məcəllələrin hüquqi qüvvəsi adi qanunlardan üstündür. Belə ki, əgər adi qanun norması ilə məcəllənin norması arasında ziddiyət (kolliziya) yaranarsa, bu halda məcəllədə təsbit edilmiş normaya üstünlük verilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 1-ci hissəsinin “b” bəndinin tələblərinə uyğun olaraq işəgötürən Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə uyğun olaraq isə işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən (bu halda N.İsmayılov) qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Yuxarıda göstərilənlərdən göründüyü kimi Mingəçevir Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X9 şikayətinin heç bir hüquqi əsası yoxdur. Odur ki, X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X9 900 (doqquz yüz) manat məbləğində cərimə olunması qanunauyğundur. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış X9 şikayəti əsassız olduğu üçün rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhər İcra hakimiyyəti Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X2 şəhəri, M.Maqamayev prospekti 77 ünvanında xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü və 172-ci maddələrinin tələbləri pozularaq X5 haqq-hesabının ödənilməsində qanun pozuntularına yol vermişdir. işdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X17 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X18 xx.xx.1999-cu il tarixdən 4 saylı Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində işə başlamış, müddətsiz əmək müqaviləsi bağlanmış, aylıq əmək haqqının məbləği 441.00 manat təşkil etmişdir. İşdə olan Z.T.Əzizov tərəfindən Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi N.C.İsmayılova ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdən işdən azad edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 60 saylı əmrdən görünür ki, 4 saylı Mənzil İstismar Sahəsinin sahə rəisi X18 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən AR Əmək Məcəlləsinin 69-cu maddəsinin “3” bəndinə əsasən (öz ərizəsi ilə) xitam verilmiş, işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi göstərilmiş və onun xx.xx.1999-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi MT və Aİ-nin mühasibatlıq şöbəsinə həvalə edilmişdir. İşdə olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin MİS işçilərinin 2023-cü il dekabr ayında alınası məbləği özündə əks etdirən sənəddən görünür ki, X10 hesabına 1665,00 manat, cəmi 8849,24 manat pul köçürülmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli Kapital Bank ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Kapital Bank ASC-nin hesabına 8849.24 manat pul köçürülmüşdür. İşdə olan X19 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən MT və Aİ-nin direktoru Nizami İsmayılova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaş X10 Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində əmək hüquqlarının pozulması barədə X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanladığı müraciətinə baxılmış, X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin tələblərinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Bununla bağlı ünvanına təqdim edilmiş sənədlərdə inzibati xəta əlaməti olması ilə bağlı barəsində başlanmış inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutların və təsdiqedici sənədlərin xx.xx.2024-cü il tarixdə saat 11:00-dək təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli 3-17-5/2-21568/2024 saylı məktub göndərilmişdir. Lakin o və ya nümayəndə Şöbəyə gəlməmiş və ya icraatı rədd edən hər hansı bir sənəd təqdim etməmişdir. Beləliklə, o, Z.Əzizovun son haqq-hesabını sonuncu iş günü ödəməyərək inzibati xəta törətmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətdə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində bu Məcəllənin 192.4-cü maddəsinə əsasən vəzifəli şəxs qismində xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2024-cü il tarixli 3-17-5/223367/2024 saylı (SS864855769AZ) məktubla protokol ünvanına göndərilmişdir. "xxxx" MMC-nin “X8” altsisteminə baxış keçirilərkən SS864855769AZ nömrəli bağlamanın xx.xx.2024-cü il tarixdə ona çatdırıldığı məlum olur. Tərtib edilmiş protokola əsasən inzibati xəta haqqında işə baxılması və iş üzrə olan bütün sübutları təqdim etmək məqsədi ilə o və ya səlahiyyətli nümayəndəsi xx.xx.2024-cü il tarixli 3-l7-5/2-23369/2024 saylı (SS885777639AZ) məktubla xx.xx.2024-cü il tarixə saat 11:00-da Ucar rayonu Heydər Əliyev prospekti 6 ünvanına dəvət olunmuşdur. Bu halda da o və səlahiyyətli nümayəndəsi Şöbəyə gəlməmiş, icraatı rədd edən hər hansı bir sənəd təqdim etməmişdir. "xxxx" MMC-nin "X8" altsisteminə baxış keçirilərkən SS885777639AZ nömrəli bağlamanın xx.xx.2024-cü il tarixdə ona çatdırıldığı məlum olur. Odur ki, X19 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibatı Xətalar Məcəlləsinin 111-ci maddəsində nəzərdə tutulmuş müddətdə onun bu Məcəllənin 192.4-cü maddəsinə əsasən 900 (doqquz yüz) manat məbləğində cərimə edilməsi barədə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və həmin qərarın bir nüsxəsi xx.xx.2024-cü il tarixli 3-17-5/2-26766/2024 saylı SS885784572AZ məktubla ünvanına göndərilmişdir. "xxxx" MMC-nin “X8" altsisteminə baxış keçirilərkən SS885784572AZ nömrəli bağlamanın xx.xx.2024-cü il tarixdə ona çatdırıldığı məlum olur. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması göstərilmişdir. İşdə olan X19 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən MT və Aİ-nin direktoru Nizami İsmayılova ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, rəhbərlik etdiyi Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi adından təqdim edilmiş xx.xx.2024-cü il tarixli 101 nömrəli məktubdan məlum olur ki, X4 2214.33 manat əmək haqqı borcu qalmışdır. Aparılan araşdırma zamanı məlum oldu ki, X10 əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83.2-ci (Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) və 172.4-cü (İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir) maddələrinin tələbləri pozulmuşdur. İşəgötürən maliyyə vəziyyətindən asılı olmayaraq işçiyə onun gördüyü işin müqabilində müəyyən edilmiş əmək haqqını Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə ödəməyə borcludur. Ona görə də X14 düşən bütün ödənclərin tam məbləğdə ödənilməsi məqsədi ilə operativ tədbirlərin görülməsi və görülmüş tədbirlərin nəticəsi barədə 1 (bir) ay müddətində X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə məlumat verilməsi xahiş olunmuşdur. İşdə olan X19 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən MT və Aİ-nin rəisi Nizami İsmayılova ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 07 may 2024-cü il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə çağırılmışdır. Onun və ya səlahiyyətli nümayəndənin iştirakını təmin etməkləri və iş üzrə bütün sübutların təqdim olunması təklif olunur. Gəlmədikləri və işə baxılmasının təxirə salınması barədə vəsatət vermədikləri halda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında işə iştirakları olmadan baxılacaqdır. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin rəisinə ünvanlanmış 13 avqust 2020-ci il tarixli məktubdan görünür ki, Gülnarə Hüseynova və digərlərinin əmək haqlarının ödənilməməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi barədə xx.xx.2020-ci il tarixli **********8 nömrəli məktuba şəhər İcra Hakimiyyətində baxılmışdır. G.Hüseynovanın işlədiyi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi təsərrüfat hesablı bir təşkilat olaraq şəhər İcra Hakimiyyəti ilə müqavilə əsasında fəaliyyət göstərir. İdarədə işləyən işçilərin əmək haqqısının bir hissəsi dövlət büdcəsindən, bir hissəsi isə, o cümlədən G.Hüseynovanın, əhaliyə göstərilən xidmət haqqına görə yığılan vəsaitdən ödənilir. İdarənin tabeliyində olan Mənzil İstismar Sahəsinin işçiləri cari ilin aprel ayında işləməmiş və xidmət haqqı pulu yığılmamışdır. Buna baxmayaraq COViD-19 pandemiyası ilə bağlı dövlət büdcəsindən işçilərə aprel ayı üzrə əmək haqqı tam ödənilmişdir. MİS-in işçiləri tərəfindən əhalidən yığılan xidmət haqqı o biri aylar üzrə onlar arasında əmək haqqı kimi ödənilir. İdarə 11 saylı Ərazi Vergilər Baş İdarəsinə koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi alması üçün müraciət etmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı olaraq İqtisadiyyat Nazirliyi tərəfindən 8 aprel 2020-ci il tarixli F-41 nömrəli Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlarla maliyyə dəstəyinin göstərilməsinə dair “Metodiki Göstərişi”nə uyğun olaraq MT və Ai-nə vəsait ayrılmışdır. Maliyyə dəstəyi üçün ayrılmış vəsait hər bir işçiyə bir aylıq əmək haqqı miqdarında ödənilmişdir. İşçilərin əmək haqqı borclarının ödənilməsinə kömək göstərilməsinə dair şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi və İcra Hakimiyyəti tərəfindən tədbirlər görülür. Nəzərə alınması xahiş olunmuşdur. İşdə olan Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin MİS işçilərinin 2020-ci il yanvar, fevral, mart, may, iyun, iyul aylarından qalan əmək haqqını özündə əks etdirən sənəddən görünür ki, X10 hesabına 1303,00 manat, cəmi 42702,68 manat pul köçürülmüşdür. İşdə olan Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubdan görünür ki, 4 saylı Mənzil İstismar Sahəsinin sahə rəisi X18 xx.xx.1999-cu il tarixdən xx.xx.2024-cü il tarixə kimi idarənin tabeliyində olan MİS-lərdə müxtəlif vəzifələrdə işləmişdir. Z.T.Əzizov işlədiyi müddətlərdə bütün iş illərinin əmək məzuniyyətlərindən istifadə etmişdir. Bundan əlavə xx.xx.2023-cü il tarixli 23 nömrəli əmrlə sonuncu dəfə xx.xx.2022/xx.xx.2023-cü iş ilinin əmək məzuniyyətindən istifadə etmişdir. xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən həmin tarixli əmrlə Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Z.T.Əzizovun köhnə dövrlərə 3879.33 manat qalıq əmək haqqından xx.xx.2023-cü il tarixdə 1665.00 manat plastik kart hesabına ödənilmişdir. Halhazırda idarənin köhnə dövrlərə Z.T.Əzizova 2214.33 manat qalıq əmək haqqı borcu qalmışdır. İdarənin balansında maliyyə vəsaiti olmadığı üçün qeyd olunan məbləğin Z.T.Əzizova tam ödənilməsi mümkün olmamışdır. MİS işçilərinin köhnə tarixlərə olan ödənilməmiş əmək haqları borclarının tam şəkildə ödənilməsi idarənin maliyyə imkanları xaricindədir. Gələcəkdə də idarənin maliyyə imkanları yarandıqca Z.T.Əzizova olan qalıq əmək haqqı borc məbləği tam ödəniləcəkdir. MİS işçilərinin ştat cədvəli büdcədənkənar maliyyələşən başlığı altında tərtib edilmişdir, yəni büdcədənkənar maliyyələşir (yaşayışçılardan mənzillərə, qeyri-yaşayış sahələrinə və qaraj sahələrinə görə yığılan xidmət haqqı hesabına). Qeyd edilən xidmət haqlarının yığılmasında bildirişlərin paylanması işinin təşkilini layiqincə yerinə yetirmədiyinə görə Z.T.Əzizova intizam tənbehi olaraq xəbərdarlıq və töhmət verilmişdir. Nəzərə alınması xahiş edilmişdir. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin nümayəndəsinin, Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin nümayəndəsinin və qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin izahatlarını, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə iş üzrə olan və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işəgötürəni- rəis X9 xx.xx.2023-cü il tarixli, 60 nömrəli əmri ilə 4 saylı Mənzil İstismar Sahəsinin sahə rəisi X18 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 69-cu maddəsinin “3” bəndinə əsasən (öz ərizəsi ilə) xitam verilmişdir. İşçinin hesabına Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin MİS işçilərinin 2023-cü il dekabr ayında alınası məbləği özündə əks etdirən sənəddən də göründüyü kimi 1665,00 manat pul köçürülmüşdür. X3 şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsində əmək hüquqlarının pozulması barədə X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə müraciət ünvanlamış, həmin müraciətdə işəgötürən tərəfindən əmək hüquqlarının pozulduğunu bildirmiş, aparılmış araşdırmanın nəticəsində Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işəgötürəni- X17 Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinin və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqda, bununla da vəzifəli şəxs qismində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsi məhkəməyə təqdim etdiyi şikayətə dair etirazda və nümayəndəsinin məhkəmə iclası zamanı verdiyi izahatda Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X9 təqsirkar olması qənaətinə gəlməsini və onun barəsində inzibati xəta haqqında qərar qəbul etməsini onunla əsaslandırmışdır ki, X18 ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli ərizəsi nəzərə alınmaqla idarənin 60 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmiş, lakin Ziyəddin Əzizovun işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün ödənilməmişdir. Bu zaman qərar qəbul edən səlahiyyətli vəzifəli şəxs işçiyə son haqq hesabın ödənilməsi üçün tələb olunan vəsaitin başqa işəgötürən (Mingəçevir Şəhər İcra Hakimiyyəti) tərəfindən açıldığını müəyyən etsə də, vəsaitin açılması ilə bağlı tədbir görülməsinə və işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablanması və ödənilməsinə əsas verən sənədin işəgötürən tərəfindən verilən müvafiq əmr olduğunu nəzərə almamışdır. Hansı ki, işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinə dair əmrdə X14 istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr ödənilməsinə dair icrası məcburi göstəriş verilməsi nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həm inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsi, həm də həmin orqanın nümayəndəsi Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsini və 172-ci maddəsinin 4-cü hissəsini geniş təfsir etməklə, işəgötürən barəsində düzgün olmayan hüquqi nəticəyə gəlmişlər. Bundan başqa işəgötürən və onun nümayəndəsi də qanunvericiliyin tələblərini dəqiq müəyyən etmədiklərindən, işəgötürən tərəfindən inzibati xətanın törədilməməsini fərqli hüquqi mövqe ilə əsaslandırmağa çalışmışlar. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində göstərilir ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin adından da göründüyü kimi həmin maddə əmək haqqının verilməsi müddətləri ilə bağlı tamamlanmış normativ müddəadır və həmin maddənin 4-cü hissəsində qeyd edilən “bütün ödənclər” ifadəsi özündə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzini ehtiva etmir. Belə ki, Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsində əmək haqqına verilən anlayışa görə əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Göründüyü kimi istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi əmək haqqının bir hissəsi hesab edilə və əmək haqqının verilməsi müddətləri ilə bağlı müddəa maddədə birbaşa göstərilmədiyi üçün ona aid edilə bilməz. Hazırki iş üzrə işəgötürən tərəfindən işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin xx.xx.2023-cü il tarixdə ödənilməməsi, həmçinin xx.xx.2023-cü il tarixinədək əmək haqqının tam ödənilməməsinin Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinə ünvanlanmış 06 aprel 2024-cü il tarixli məktubdan da göründüyü kimi İdarənin balansında maliyyə vəsaiti olmadığı üçün mümkün olmaması, MİS işçilərinin köhnə tarixlərə olan ödənilməmiş əmək haqqı borclarının tam şəkildə ödənilməsi idarənin maliyyə imkanları xaricində olması Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsində müəyyən edilən tələbin pozulması kimi qiymətləndirilə bilməz. Z.T.Əzizovun köhnə dövrlərə 3879.33 manat qalıq əmək haqqından xx.xx.2023-cü il tarixdə 1665.00 manat plastik kart hesabına ödənilmiş, hazırda idarənin köhnə dövrlərə Z.T.Əzizova 2214.33 manat qalıq əmək haqqı borcu qalmışdır. Gələcəkdə də idarənin maliyyə imkanları yarandıqca Z.T.Əzizova olan qalıq əmək haqqı borc məbləğinin tam ödəniləcəyi, MİS işçilərinin ştat cədvəlinin büdcədənkənar maliyyələşən başlığı altında tərtib edilməsi, yəni büdcədənkənar maliyyələşməsi (yaşayışçılardan mənzillərə, qeyriyaşayış sahələrinə və qaraj sahələrinə görə yığılan xidmət haqqı hesabına) göstərilmişdir. İşəgötürən tərəfindən pozulduğu israr edilən, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin həmin vaxt qüvvədə olan 83-cü maddəsinin 2-ci hissəsində isə qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin həmin vaxt qüvvədə olan 83-cü maddəsinin 2-ci hissəsinin 2-ci cümləsində qeyd edilən “işəgötürənin son haqqhesabı” ifadəsi işçiyə verilən ödənişin özünü deyil, ödənişlərin siyahısı və məbləğini nəzərdə tutan sənədi ehtiva edir. Belə ki, Əmək Məcəlləsinin 83-cü maddəsinin adı “Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydası”dır və bu maddə “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi qaydaları” adlanan 12-ci fəsilin digər maddələri kimi, yalnız müvafiq sənədləşdirmə qaydasını nəzərdə tutur. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya qanununun 30.5-ci maddəsində göstərilir ki, normativ hüquqi aktın fəsli maddələri özündə birləşdirən struktur elementidir. Fəsil ərəb rəqəmi ilə nömrələnir, mahiyyətini əks etdirən, baş hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən ada malik olmalıdır. X11 30.6-cı maddəsində isə qeyd olunur ki, normativ hüquqi aktın maddəsi hissələri özündə birləşdirən və tamamlanmış normativ müddəanı əks etdirən əsas struktur elementidir. Maddə ərəb rəqəmi ilə nömrələnir və rəqəmdən sonra nöqtə qoyulur. Maddə, o cümlədən qanunla təsdiq edilən əsasnamənin, nizamnamənin, qaydanın və norma nəzərdə tutan digər aktın maddəsi onun mahiyyətini əks etdirən və sətri hərflərlə yazılan ada malik olmalıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi qəbul olunan zaman normativ hüquqi aktların layihələri hazırlanarkən də normativ hüquqi aktın struktur elementlərə bölgüsü zamanı yuxarıda qeyd edilən prinsiplər gözlənilmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin həmin vaxt qüvvədə olan 83-cü maddəsinin 2-ci hissəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmişdir. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində şikayət verilmiş inzibati tənbeh vemə haqqında qərarda istinad edilən inzibati xətanın xx.xx.2023-cü il tarixdə törədildiyi qeyd edilmişdir. Ona görə də həmin inzibati xəta törədildiyi zaman qüvvədə olan qanun norması əsasında həll edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasında İnzibati Xətalar məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Belə olan halda məhkəmə qeyd edir ki, işəgötürən xx.xx.2023-cü il tarixdə işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, ondan asılı olmayan səbəblərə görə işəgötürən tərəfindən son haqq-hesabın işçiyə həmin gün ödənilməməsi, işəgötürən tərəfindən Əmək Məcəlləsinin həmin vaxt qüvvədə olan 83-cü maddəsinin 2-ci hissəsinin tələblərinin pozulması kimi təfsir edilməməlidir. Belə ki, işəgötürən işdən çıxma əmrində işçiyə ödənilməli olan son haqq-hesabın hesablanmasına dair rəsmi göstəriş vermişdir. Lakin Z.T.Əzizovun köhnə dövrlərə əmək haqqından 3879.33 manat qalmış borcundan xx.xx.2023-cü il tarixdə 1665.00 manat plastik kart hesabına ödənilsə də, idarənin köhnə dövrlərə Z.T.Əzizova 2214.33 manat qalıq əmək haqqı borcu qalmış, İdarənin balansında maliyyə vəsaiti olmadığı üçün qeyd olunan məbləğin Z.T.Əzizova tam ödənilməsi mümkün olmamış, MİS işçilərinin köhnə tarixlərə olan ödənilməmiş əmək haqqı borclarının tam şəkildə ödənilməsi idarənin maliyyə imkanları xaricində olmuşdur. Qeyd edilən bu pozuntuya görə mövcud qanunvericilikdə inzibati və ya cinayət məsuliyyəti nəzərdə tutulmamışdır. Bu məsələ ilə bağlı məhkəmə, həmçinin nəzərə alır ki, işəgötürən tərəf həmin vaxt qüvvədə olan sözügedən maddənin tələbini hazırda formalaşmış yanlış təcrübəyə uyğun olaraq düzgün anlamamış, yəni işçiyə işdən çıxarkən həmin son-haqq hesab sənədinin verilməli olduğunu deyil, istifadə edilməmiş əmək məzuniyyətinə görə haqqın (pulun) verilməli olduğunu zənn etmişdir. Bununla bərabər inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsi də həmin maddəni səhv tövsif etmiş, nəticədə işəgötürənin hüquqlarını pozan qanunsuz qərar qəbul etmişdir. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, burada nəzərdə tutulmuş inzibati xəta işəgötürənin əmək və məzuniyyət haqlarını, ezamiyyə xərclərini, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişləri hesablayarkən və ödəyərkən qanunvericiliyin tələblərini bütünlüklə nəzərə almaması və açıq aşkar pozmasını, hesablamaların qanunvericilikdə müəyyən edildiyi kimi deyil, qeyri-qanuni, fərqli üsullarla aparılmasını, ödənişlərin qadağan edilmiş üsullarla həyata keçirilməsini, habelə işəgötürənin hərəkətlərindəki digər özbaşınalıqları ehtiva edir. Bunlara məzuniyyət haqqının hesablanması zamanı orta aylıq əmək haqqının nəzərə alınmamasını, orta aylıq əmək haqqının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydadan fərqli qaydada hesablanmasını, əmək haqqı və digər ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməməsini və.s-i misal göstərmək olar. Məhkəmənin qənaətinə görə, hazırki iş üzrə işəgötürən o vaxt işçinin son haqqhesabının ödənilməsində qanun pozuntularına yol vermiş olardı ki, o, hesablama zamanı Əmək Məcəlləsinin 140-cı maddəsinin və 177-ci maddəsinin tələblərini, həmin haqqı ödəyərkən isə həmin Məcəllənin 12-ci maddəsinin “x” bəndinin tələblərini pozmuş olardı. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Burada məzuniyyət hüquqlarının pozulmasına misal kimi məzuniyyət müddətinin düzgün hesablanmaması, əlavə məzuniyyətin verilməməsini və.s. göstərmək olar. Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir. İstifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin verilməsi müddətinə gəldikdə isə məhkəmə hesab edir ki, Əmək Məcəlləsində bununla bağlı dəqiq müddət müəyyən edilmədiyindən, bu kimi halların hər birinə fərdi yanaşılmalı, bu ödənişin ağlabatan müddətdə ödənilib-ödənilmədiyi müəyyən edilməlidir. Əmək Məcəlləsinin 138-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. Əmək Məcəlləsində 140-cı maddəsinin 5-ci hissəsində işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməsi tələbi qoyulmuşdur. Həmin maddənin 6-cı hissəsində isə göstərilmişdir ki, əmək müqaviləsində, kollektiv müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, məzuniyyət vaxtı üçün orta əmək haqqı müəyyən səbəbdən məzuniyyət başlanandan sonra ödənilmişdirsə, işçinin tələbi ilə məzuniyyətin başlanma vaxtı əmək haqqının faktik olaraq verildiyi gündən hesablanıla bilər. Bununla belə, Əmək Məcəlləsinin yuxarıda qeyd edilən 138 və 140-cı maddələrinin tələblərinə əmək məzuniyyəti növbəlilik cədvəli əsasında, həmçinin qarşılıqlı razılıqla işçinin arzusu əsasında verildikdə tam riayət etmək mümkündür. Hazırki işə gəldikdə isə ilk növbədə nəzərə alınmalıdır ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə işçinin ərizəsinə əsasən xitam verilmiş və işəgötürənin işçiyə nəzərdə tutulmamış vaxtda istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin hesablaması məcburiyyəti yaranmışdır. Hansı ki, əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə X14 istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin ödənilməsinə dair icrası məcburi göstəriş də nəzərdə tutulmuşdur. Buradan da görünür ki, işəgötürənin işçiyə istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzini ödəməmək niyyəti olmamışdır. Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, əmək məzuniyyəti dövrü üçün verilən əmək haqqı istisna olmaqla qalan bütün hallarda işçinin orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əmək haqqının cəmi həmin aylardakı iş günlərinin sayına bölməklə bir günlük əmək haqqı tapılır və alınan məbləğ əmək haqqı saxlanılan iş günlərinin sayına vurulmaqla müəyyən edilir. Hazırki işdə isə əmək haqqının tam ödənilməməsinə səbəb İdarənin balansında maliyyə vəsaitinin olmaması, MİS işçilərinin köhnə tarixlərə olan ödənilməmiş əmək haqları borclarının tam şəkildə ödənilməsinin idarənin maliyyə imkanları xaricində olmasıdır. Buradan da görünür ki, işəgötürənin işçiyə əmək haqqını ödəməmək niyyəti olmamışdır. Lakin işəgötürənin iradəsindən və imkanlarından asılı olmayan səbəblərdənxx.xx.2023-cü il tarixdə işəgötürənin hesabında lazımi qədər vəsait olmadığından, 1665.00 manat məbləğ işçinin bankdakı hesabına həmin gün deyil, başqa işəgötürən (Mingəçevir Şəhər İcra Hakimiyyəti) tərəfindən xx.xx.2023-cü il tarixdə köçürüldüyündən, işçiyə xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Həmçinin idarənin köhnə dövrlərə işçiyə 2214.33 manat qalıq əmək haqqı borcu qalmış, İdarənin balansında maliyyə vəsaiti olmadığı üçün qeyd olunan məbləğin işçiyə tam ödənilməsi mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 1665.00 manat məbləğin işçinin işdən çıxdığı gün deyil, xx.xx.2023-cü il tarixdə ödənilməsini, həmçinin qalan 2214.33 manat məbləğin İdarənin balansında maliyyə vəsaiti olmadığı üçün işçiyə tam ödənilməsinin mümkün olmamasını, barəsində qərar çıxarılmış şəxsə münasibətdə əmək hüquqlarının pozulması halını ehtiva edən inzibati xəta kimi qiymətləndirmək olmaz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə işəgötürənin hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan əməl müəyyən etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 6.1-ci maddəsində qeyd olunur ki, inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 13-cü maddəsinə görə inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, işəgötürən X9 hərəkətlərində İXMin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Onun tərəfindən Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü hissəsinin tələbləri pozulmamışdır. İşəgötürən tərəfindən ondan asılı olmayan səbəblərə görə son haqq-hesabın işçiyə həmin gün verilməməsi, Əmək Məcəlləsinin həmin vaxt qüvvədə olan 83-cü maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş tələblərin pozulması kimi təfsir edilməməlidir. Ona görə də məhkəmə yuxarıda sadaladıqlarına əsasən qeyd edilən halları nəinki əməldə inzibati xəta hadisəsi olmaması kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxan məhkəmə qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidməti Mərkəzi Aran regional şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar