Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-436/2023 10.07.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, **-BH-*** dövlət qeydiyyat nişanlı “VAZ 21063” markalı avtomobil onun mülkiyyətində olsa da başqa şəxs tərəfindən qaçırılmışdır. **-BH-*** dövlət qeydiyyat nişanlı VAZ 2106 markalı avtomobil ona məxsusdur. Sözügedən avtomobil xeyli müddətdir ki, İmişli rayon ərazisində sürülür. Lakin həmin avtomobilə dair onu idarə edənlərin heç bir hüququ yoxdur. Həmin avtomobil onun tərəfindən idarə olunmasa da ona protokol yazılmış və qərar çıxarılmışdır. Ona görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən həmin inzibati tənbeh vermə haqqında qərar ləğv edilmişdir. Odur ki, məhkəmədən onun barəsində olan inzibat tənbeh vermə haqqında qərarın icrasına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 25 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 75 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-505/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair EQ 12889685 saylı xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti qismən təmin edilmiş, həmin qərar ləğv edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 53.1.5-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi aktın ləğv olunması əsası ilə xitam verilməlidir. Azərbaycan Respublikası İXM–in 53.1.5-ci maddəsində göstərilmişdir ki, inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2023-cü il tarixli EQ 12889685 saylı inzibati tənbeh vermə haqqında qərar üzrə inzibati məsuliyyətdən azad edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-436/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-436/2023
10.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver