Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-437/2021 04.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X3 İcra sənədi üzrə borclu: Şəxs İcra sənədi üzrə tələbkar: Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, 23.09.2004-cü il təvəllüdlü Murtuza və 20.09.2005-ci il təvəllüdlü Mirəziz adlı uşaqların saxlanması üçün Mingəçevir şəhər Məhkəməsinin 07.01.2015-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan tutulmalı olan alimentin verilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Mingəçevir şəhər Məhkəməsinin 23.09.2004-cü il təvəllüdlü Murtuza və 20.09.2005-ci il təvəllüdlü Mirəziz adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin, Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək borcunu ödəməsi tələb olunmuş, lakin hazırki vaxtadək borclu aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 1350 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tələbkarın borcundan 100 manat ödəniş etmişdir. Hazırda onun 1250 manat borcu qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir şəhər Məhkəməsinin 07.01.2015-ci il tarixli icra sənədi ilə ondan 23.09.2004-cü il təvəllüdlü Murtuza və 20.09.2005-ci il təvəllüdlü Mirəziz adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin alınıb tələbkara verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından borcunu ödəyə bilməmişdir. Belə ki, o, tələbkardan boşandıqdan sonra ikinci dəfə X2 ilə rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahından 13.08.2014-cü il tarixdə Ceyhun adlı uşağı doğulmuşdur, lakin arvadı X2 13.11.2020-ci il tarixdə böyrək çatışmazlığı xəstəliyindən ölmüşdür. Ondan sonra o, azyaşlı uşağını təkbaşına böyüdür. Ona görə də heç yanda işləyə bilmir. Bununla belə o, hazırda borcundan 100 manat ödəniş etmiş və onun 1250 manat borcu qalmışdır. O, tələbkara olan borcunu hər ay ödəmək şərti ilə razılığa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmmədən xahiş edir. Məhkəmə iclası zamanı tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu təyin edilmiş aliment borcunu ödəməkdən yayınmış, bu səbəbdən icra məmuru tərəfindən hazırki protokolla məhkəməyə müraciət edilmişdir. Bununla belə hazırda Şəxs borcundan 100 manat ödəmiş və onun 1250 manat borcu qalmışdır. Hazırda borclu ona olan borcunu hər ay ödəməyə söz vermiş, o da borclu ilə həmin şərt daxilində razılığa gəlmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Beləliklə, işdə iştirak edən şəxslərin izahatları, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Belə ki, işdə olan Mingəçevir şəhər Məhkəməsinin 07.01.2015-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 23.09.2004-cü il təvəllüdlü Murtuza və 20.09.2005-ci il təvəllüdlü Mirəziz adlı uşaqların saxlanması üçün hər ay hər uşağa 80 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs Mirkazım oğlu 03.11.2017-ci il tarixdə Fərəcova Aynaz Cavanşir qızı ilə Mingəçevir Qeydiyyat şöbəsində nikah bağlamışdır. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şəxs Mirkazım oğlu ilə Fərəcova Aynaz Cavanşir qızının birgə nikahından 13.08.2014-cü il tarixdə Ceyhun adlı uşaqları doğulmuşdur. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Fərəcova Aynaz Cavanşir qızı 13.11.2020-ci il tarixdə böyrək çatışmazlığı xəstəliyindən ölmüşdür. İş materialları və işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamış, əksinə yığılmış 1350 manat aliment borcundan 100 manatını ödəmiş, qalıq borcunu isə ödəməsi ilə bağlı tələbkarla razılığa gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–nin 53.0.2–ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-437/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-437/2021
04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver