Məhkəmə qərarları › İş №3(051)-438/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-438/2020

30.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-438/2020 30.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Bakı Şəhəri DYPİ tərəfindən Mingəçevir şəhər məhkəməsinə göndərilmiş Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, Müəyyən etdim: Bakı Şəhəri DYPİ tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 127-ci maddəsində göstərilir ki, bu Məcəllənin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılmaqla, onun iştirakı olmadan barəsində inzibati xəta haqqında protokol tərtib edilir və müvafiq sənədlərlə birlikdə baxılmaq üçün aidiyyəti üzrə məhkəməyə göndərilir. Lakin inzibati protokola əlavə olunmuş sənədlərlə, barəsində inzibati protokol tərtib edilmiş Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsi ilə əlaqədar barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı onun İXM-nin 125.2-ci maddəsinin tələblərinə müvafiq məlumatlandırılması təsdiq olunmur. İnzibati materiala vətəndaşa xəbərdarlıq barədə bildirişin surəti əlavə edilsə də həmin bildirişin barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs göndərilməsini və həmin bildirişin ona çatmasını təsdiq edən poçt sənədi və ya hər hansı bir sənəd əlavə edilməmişdir. Bundan əlavə Şəxs barədə tərtib edilmiş ******* İXP №li xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, Şəxs İXP3127143 №li xx.xx.2020-ci il tarixli inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etməmişdir. Əgər inzibati cərimə tətbiq edilməsi haqqında qərar xx.xx.2020-ci ildə qəbul edilmişdirsə qanunla müəyyən edilmiş 3 ay müddət keçməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında qərardad qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 100, 109, 110 və 114-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, Bakı Şəhəri DYPİ-nə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar