Məhkəmə qərarları › İş №3(051)-438/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-438/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-438/2021 29.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq m ü ə y y ə n e t d i m: Mingəçevir şəhər məhkəməsinin 2(051)-3066/2015 saylı 29.09.2015-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati Xətalar Məcəlləsinin 100.1.1 və 100.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, zərərçəkmiş şəxsin adı, atasının adı və soyadı, onun yaşadığı ünvan göstərilir. Lakin inzibati xəta haqqında protokol tərtib edilən zaman qanunun qeyd edilən tələblərinə riayət edilməmişdir. Belə ki, protokol tərtib edilərkən zərərçəkmiş şəxsin adı, atasının adı, soyadı, onun yaşadığı ünvan göstərilməmiş, eləcə də protokolun tərtib edildiyi yer isə tam göstərilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Həmin Məcəllənin 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati protokol və ona əlavə edilmiş sənədlər Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar