Məhkəmə qərarları › İş №3(051)-44/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-44/2021

24.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-44/2021 24.02.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 Mingəçevir şəhər İcra Hakimiyyətinin 06 №li xx.xx.2017-ci il tarixli qərarından şikayətinə baxaraq Müəyyən e t d i m: X1 şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdirinin 06 №li xx.xx.2017-ci il tarixli qərarından şikayət vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X7 izahatında bildirdi ki, Mingəçevir şəhər İcra Hakimiyyətinin 06 №li xx.xx.2017-ci il tarixli qərarı ilə o, İXM-nin 395.1-ci maddəsinə əsasən 500 manat cərimə olunmuşdur. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, qərarda qeyd edilən ünvan onun olsa da o, həmin ünvanda heç bir tikinti aparmamışdır. Bundan əlavə qərardan onun məlumatı olmamışdır. 2019-cu ildə Mingəçevir şəhər icra və probasiya şöbəsinə dəvət olunduqdan sonra onun həmin qərardan məlumatı olmuşdur. Qanunsuz və əsassız olduğuna görə Mingəçevir şəhər İcra Hakimiyyətinin 06 №li xx.xx.2017-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. Qərarından şikayət verilmiş Mingəçevir şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəmə iclasına gəlməmişdir. X8 məhkəmə iclasında verdiyi izahatında bildirmişdi ki, Mingəçevir şəhəri ünvan 1 A №li ünvanda yaşayan Hüseynov Təyyar Əli oğlu barədə Mingəçevir şəhər polis şöbəsi tərəfindən xx.xx.2017-ci ildə İXM-nin 395.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati material baxılması üçün Mingəçevir şəhər İcra Hakimiyyətinə göndərilmiş, inzibati materiala baxılaraq T.Hüseynov həmin maddə ilə xx.xx.2017-ci il tarixli qərarla 500 manat cərimə olunmuşdur. İnzibati işə baxılan zaman T.Hüseynov inzibati xəta törətməsini bildirmişdir. Həmin vaxtdan 4 ilə yaxın müddət keçdikdən sonra, yəni şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötdükdən sonra T.Hüseynov qərardan şikayət vermişdir. Hesab edir ki, şikayət əsassızdır. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər PŞ-nin İTB-nin sahə rəisi Bayramov Sənan Saday oğlu tərəfindən tərtib edilmiş 040337 AZA №li xx.xx.2017-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, X1 şəhəri Babək küçəsi ev 32-də torpaq sahəsində qeyri-qanuni tikinti işləri aparır. X7 İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İnzibati xəta haqqında protokol X2 iştirakı ilə tərtib olunmuş və onun tərəfindən imzalanmışdır. İnzibati materiala əlavə olunmuş X7 tərəfindən verilmiş izahatda göstərilir ki, o, həyətyanı torpaq sahəsində qeyri-qanuni, sənədsiz tikinti işləri aparırdı, tikinti üçün lazimi sənədləri aldıqdan sonra tikintini davam etdirəcəkdir. İşə əlavə olunmuş Mingəçevir şəhər İH-nin hüquq şöbəsinin müdiri X11 oğlunun 06 №li xx.xx.2017-ci il tarixli qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 395.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə 500 manat cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Təyyar Hüseynov öz şikayətinin heç bir qeyri-qanuni tikinti aparmaması ilə əsaslandırmışdır. Lakin T.Hüseynovun izahatı inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər İHB-nin 31 №li xx.xx.2017-ci il tarixli sərəncamı ilə yaradılmış komissiya üzvləri tərəfindən tərtib edilmiş 15 №li 2017-ci il tarixli aktla, tikintinin aparılmasına dair foto-şəkillə, eləcə də inzibati xəta törətmiş X2 inzibati materiala əlavə olunmuş izahatı ilə təkzib olunur. Ona görə də hesab edirəm ki, T.Hüseynovun şikayəti əsassızdır. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: X2 Mingəçevir şəhər İcra Hakimiyyətinin 06 №li xx.xx.2017-ci il tarixli qərarından verdiyi şikayət təmin olunmasın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar